070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Məzuniyyət qrafiki 2027 – Excel faylı

Məzuniyyətlərin növbəlilik cədvəli 100 işçiyədək: hüquq avtomatik hesablanır, tarixlər bayramlara görə uzadılır, illik təqvim və imzaya hazır çap forması. 5 ₼, birdəfəlik ödəniş.

Nə edir

Növbəti ilin məzuniyyətlərini bir faylda planlayın

ƏM 133: növbəlilik cədvəli hər il yanvarın sonunadək tərtib edilə bilər. 2026-cı ildən işçi təsdiq olunmuş cədvələ uyğun ərizə verməzsə, işəgötürən onu əmrlə məzuniyyətə göndərə bilər (ƏM 138.2-1) – cədvəl artıq işəgötürənin hüquqi əsasıdır.

Hüquq avtomatik

Əsas məzuniyyət kateqoriyaya görə (21, 30, 35, 42, 46, 56 gün), staja (ƏM 116), uşaqlara (ƏM 117), əmək şəraitinə (ƏM 115) və 118-1-ə görə əlavə günlər, keçən illərdən qalan günlər.

Bayramlar nəzərə alınır

Bitmə tarixi bayram günlərinə görə uzadılır (ƏM 114.6), işə çıxma günü istirahət və köçürülmüş günlərə görə hesablanır. 2026–2027 təqvimi faylda.

3 hissəyədək

Hər işçi üçün məzuniyyəti üç hissəyə bölmək olar; hissələrdən biri 14 gündən az olanda xəbərdarlıq çıxır (ƏM 137.1).

Avtomatik yoxlamalar

Plan hüquqdan çox və ya azdır, ilk il üçün 6 ay tamam olmayıb (ƏM 131.1), hissələr üst-üstə düşür, növbədənkənar hüququ olan işçilər (ƏM 133.3).

İllik təqvim

12 ay, rəngli zolaqlar: bölmədə eyni vaxtda sizin müəyyən etdiyiniz saydan çox işçi məzuniyyətdə olanda günlər qırmızı olur.

Çap forması

"Təsdiq edirəm" bloku, həmkarlar ittifaqı və ya işçi rəyi qeydi (ƏM 133.2), işçilərin tanışlıq imzası; əmr və ödəniş üçün ən gec tarixlər.

Faylın içi

Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.

Cədvəl – Mezuniyyet-qrafiki-2027
Cədvəl: hüquq staja, kateqoriyaya və uşaqlara görə avtomatik hesablanır, bitmə tarixi bayramlara görə uzadılır, xəbərdarlıqlar ƏM 131, 137 və bölmə həddi üzrə.
Təqvim – Mezuniyyet-qrafiki-2027
Təqvim: kim nə vaxt məzuniyyətdədir – yaşıl; bölmədə eyni vaxtda həddən çox işçi olanda – qırmızı (iyun–sentyabr göstərilib).
Çap forması – Mezuniyyet-qrafiki-2027
Çap forması: "Təsdiq edirəm" bloku və işçilərin tanışlıq imzası ilə – çap edib imzalatmağa hazırdır.
5 ₼
birdəfəlik · 1 VÖEN · 2027-ci il versiyası
Açılış qiyməti 31.12.2026-dək · 1 yanvar 2027-dən 29 ₼
Mühasib lisenziyası – 10 VÖEN-ə qədər: 15 ₼ · 2027-dən 89 ₼
  • 100 işçiyədək
  • 2027 bayram tarixləri rəsmi təsdiq olunanda – yenilənmiş fayl pulsuz
  • Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
  • Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Faylı əldə edin
Məzuniyyət haqqını da hesablayırsınız?Məzuniyyət haqqı faylı son 12 ayın orta əmək haqqını, sonuncu əmək haqqı ilə müqayisəni, tutulmaları və əlinə çatan məbləği hesablayır.
Məzuniyyət haqqı – 5 ₼

Bir hesablama lazımdırsa, məzuniyyət haqqı kalkulyatoru onlayn və pulsuzdur. Excel faylı bütün hesablamaları bir yerdə aparmaq, saxlamaq və çap etmək üçündür.

Necə işləyir

  1. Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
  2. "Parametrlər" vərəqində ili, müəssisəni, təsdiq edən rəhbəri, struktur bölmələri və hər bölmə üçün eyni vaxtda məzuniyyətdə ola biləcək işçi sayını yazırsınız.
  3. "Cədvəl" vərəqində işçiləri və məzuniyyət əsaslarını daxil edib, hər işçi üçün tarixləri planlayırsınız – hüquq, bitmə tarixi və xəbərdarlıqlar avtomatik.
  4. "Çap forması"nı çap edib rəhbərə təsdiq etdirir, işçiləri imza ilə tanış edirsiniz.
Ön sifariş

Onlayn ödəniş tezliklə açılır

Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.

Tez-tez verilən suallar

Məzuniyyət qrafiki məcburidirmi?
ƏM 133.1 növbəlilik cədvəlinin tərtib edilə biləcəyini nəzərdə tutur. Lakin 2026-cı ildən işçi təsdiq olunmuş cədvələ və xəbərdarlığa baxmayaraq ərizə verməzsə, işəgötürən onu əmrlə məzuniyyətə göndərə bilər (ƏM 138.2-1) – bunun üçün təsdiq olunmuş cədvəl lazımdır.

Nə vaxtadək hazırlanmalıdır?
ƏM 133.1-ə görə hər il yanvarın sonunadək. Həmkarlar ittifaqı varsa, onun rəyi, yoxdursa, işçinin rəyi öyrənilir və cədvəli işəgötürən təsdiq edir.

2027 bayram tarixləri dəqiqdirmi?
Sabit bayramlar dəqiqdir. Ramazan və Qurban bayramlarının tarixləri və köçürülmüş istirahət günləri gözləniləndir – Nazirlər Kabineti təsdiq edəndən sonra yenilənmiş fayl bütün alıcılara pulsuz göndəriləcək.

Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın birinci vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.

Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız giriş xanaları doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Giriş xanalarına yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.

Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.

Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.

Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.

Satıcı haqqında məlumat

Satıcı:
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00

Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.