070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

İşdən çıxma ödənişləri kalkulyatoru 2026

Son haqq-hesab bir yerdə: işlənmiş günlərin əməkhaqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, ixtisar və ləğv zamanı müavinət və xəbərdarlıq müddəti əvəzinə ödəniş. Vergilər hər ödəniş üzrə ayrıca hesablanır (Əmək Məcəlləsi 77, 144, 177; VM 102.1.4).

Məzuniyyət kompensasiyası

Əsas: azı 21 gün (bəzi vəzifələr üçün 30, 42 və ya 56). Əlavə: staja görə, ağır şərait, uşaqlı qadınlar və s. (ƏM 115–117)

Avtomatik: illik günlər ÷ 12 × cari iş ilində işlənmiş tam aylar (boz rəqəm). Fərqlidirsə, öz rəqəminizi yazın

Müavinət və xəbərdarlıq
Orta aylıq əməkhaqqı (ƏM 177.2)

Boz rəqəmlər avtomatikdir: aylıq əməkhaqqı və 2026 istehsalat təqvimi (5 günlük iş həftəsi). Mükafat və ya natamam ay olubsa, faktiki rəqəmləri yazın.

Vergi parametrləri
Son haqq-hesab

İşdən çıxma, əmr və ƏMAS-da xitam qeydiyyatını bizə həvalə edin.

WhatsApp-a yazın
Hesablamanı e-poçtunuza göndərək

Nəticəni poçtunuza göndəririk. İstəsəniz, bəyannamə tarixlərini də xatırladaq.

Hesablama məlumat xarakterlidir və hüquqi məsləhət deyil. Əsas: Əmək Məcəlləsi (maddə 77, 144, 177), Konstitusiya Məhkəməsi Plenumunun 18.02.2026 tarixli qərarı, Vergi Məcəlləsi (102.1.4, 102.1.6), "Sosial sığorta haqqında" Qanun; istehsalat təqvimi 2026, 5 günlük iş həftəsi. Son yoxlama: 31.10.2026.

Necə hesablanır

Son haqq-hesabın hesablanma qaydası

  1. İşlənmiş günlərin əməkhaqqı: aylıq əməkhaqqı ÷ ayın iş günləri × işlənmiş iş günləri. Adi əməkhaqqı kimi vergiyə cəlb olunur.
  2. Məzuniyyət kompensasiyası səbəbdən asılı olmayaraq həmişə ödənilir (ƏM 144). Cari iş ili üzrə günlər: illik məzuniyyət ÷ 12 × iş ilində işlənmiş tam aylar (iş ili işə qəbul günündən başlayır, ƏM 113; natamam ay nəzərə alınmır), istifadə edilmiş günlər çıxılır. Ötən illərdən qalan günlər əlavə olunur. Məbləğ: günlər × (12 ayın orta aylıq əməkhaqqı ÷ 30,4).
  3. 18.02.2026-dan Konstitusiya Məhkəməsinin qərarı ilə həm əsas, həm də əlavə əmək məzuniyyətləri (ƏM 115–117, 118-1) kompensasiya olunur.
  4. İşdən azad etmə müavinəti ləğv və ixtisar zamanı staja görə ödənilir (ƏM 77): 1 ilədək — 1, 1–5 il — azı 1,4, 5–10 il — azı 1,7, 10 ildən çox — azı 2 orta aylıq əməkhaqqı. Hərbi və ya alternativ xidmətə çağırılanda — azı 3.
  5. Orta aylıq əməkhaqqı müavinət və xəbərdarlıq üçün ƏM 177.2-yə görə: əvvəlki 2 təqvim ayının əməkhaqqı ÷ həmin aylardakı iş günləri × ayda orta iş günü (2026: 241 ÷ 12 = 20,08).
  6. Xəbərdarlıq müddəti (ləğv və ixtisar): 2, 4, 6 və ya 9 həftə. İşçinin razılığı ilə müddət əvəzinə 0,5, 0,9, 1,4 və ya 2 orta aylıq əməkhaqqı ödənilir; müddətin keçmiş hissəsinə mütənasib azaldılır.
  7. Vergilər: ləğv və ixtisar müavinəti gəlir vergisindən və sığorta haqlarından azaddır. Əməkhaqqı və xəbərdarlıq ödənişi birlikdə, hər iş ilinin kompensasiyası isə ayrıca vergiyə cəlb olunur; 2 500 ₼-dək hər məbləğə 200 ₼ azadolma tətbiq edilir.

Ətraflı dərs: işdən çıxarkən ödənişlər →

Suallar

Tez-tez verilən suallar

Öz istəyi ilə işdən çıxanda nə ödənilir?

İşlənmiş günlərin əməkhaqqı və bütün iş illəri üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya. İşdən azad etmə müavinəti ödənilmir. Bütün məbləğlər son iş günü ödənilir.

İxtisar zamanı müavinət nə qədərdir?

Həmin işəgötürəndə staja görə: 1 ilədək — 1 orta aylıq əməkhaqqı, 1–5 il — azı 1,4, 5–10 il — azı 1,7, 10 ildən çox — azı 2 misli (ƏM 77). Kollektiv və ya əmək müqaviləsi ilə daha çox müəyyən edilə bilər.

İxtisar müavinətindən vergi tutulurmu?

Xeyr. Müəssisənin ləğvi və ya işçilərin sayının (ştatların) ixtisarı zamanı Əmək Məcəlləsinə uyğun ödənilən müavinət gəlir vergisindən azaddır (VM 102.1.4) və sosial, işsizlikdən və tibbi sığorta haqlarına cəlb olunmur.

Xəbərdarlıq müddəti nə qədərdir və onun əvəzinə pul ödəmək olarmı?

Ləğv və ixtisar zamanı staja görə azı 2, 4, 6 və ya 9 təqvim həftəsi. İşçinin razılığı ilə müddət əvəzinə orta aylıq əməkhaqqının 0,5, 0,9, 1,4 və ya 2 misli birdəfəlik ödənilə bilər. Bu ödəniş əməkhaqqı sayılır və vergiyə cəlb olunur.

Staja görə əlavə məzuniyyət də kompensasiya olunurmu?

Bəli. Konstitusiya Məhkəməsi Plenumunun 18.02.2026 tarixli qərarından sonra əmək müqaviləsinə xitam verildikdə həm əsas, həm də əlavə əmək məzuniyyəti (ƏM 115–117, 118-1) üzrə istifadə edilməmiş günlər kompensasiya olunur. Sosial və təhsil məzuniyyətləri kompensasiya olunmur.

Ötən illərin məzuniyyət kompensasiyası necə vergiyə cəlb olunur?

Hər iş ili üzrə kompensasiya ayrıca hesablanır və ayrıca vergiyə cəlb olunur; 2 500 manatadək hər məbləğə 200 manat azadolma (VM 102.1.6) tətbiq edilir. Kompensasiya gəlir vergisinə və sığorta haqlarına cəlb olunur.

Kompensasiya üçün orta gündəlik əməkhaqqı necə tapılır?

Son 12 təqvim ayının əməkhaqqı 12-yə, sonra 30,4-ə bölünür. 12 aydan az işləyəndə faktiki işlənmiş tam aylar götürülür. Kompensasiyaya "sonuncu əməkhaqqından az olmamaq" qaydası (ƏM 111) şamil edilmir.

İşdən çıxmanı düzgün rəsmiləşdirək

Hesablama, xitam əmri, ƏMAS-da qeydiyyat və bəyannamələr: hamısını biz edək.

WhatsApp-a yazın