Xidmət kataloqu
HR, mühasibat və vergi üzrə üç səviyyəli paketlər. Qiymət şirkətinizin həcminə görə fərdi hesablanır: formu doldurun, təklifi iş günü ərzində göndərək.
HR paketləri
Hər paket özündən əvvəlkini tam əhatə edir. Bizim səhvimizdən yaranan cəriməni müqavilədəki həddə biz ödəyirik.
Baza
Kiçik müəssisə: yalnız qanuni minimum lazımdır
- ƏMAS-da elektron əmək müqavilələri
- İş vaxtının uçotu cədvəli (tabel)
- İllik məzuniyyət cədvəli
- Əməkhaqqı, vergi və sığorta haqlarının hesablanması
- Məzuniyyət, xəstəlik və işdən çıxma ödənişləri
Standart
Kadr sənədləri tam qaydasında olmalıdır
- Paket 1-in hamısı
- Ştat cədvəli, daxili intizam qaydaları, vəzifə təlimatları
- Şəxsi işlər və bütün kadr əmrləri
- Əməyin mühafizəsi sənədləri, tibbi müayinə qrafiki
- DƏMX yoxlamasına hazırlıq, rüblük kadr hesabatı
Premium
Filiallar, xarici işçilər, yoxlama və ya mübahisə riski
- Paket 2-nin hamısı
- HR audit, əməkhaqqı və mükafat siyasəti
- Namizəd axtarışı, attestasiya, performans qiymətləndirməsi
- Kollektiv müqavilə, xarici işçilər, ixtisar prosesləri
- Əmək mübahisələrində və yoxlamalarda təmsilçilik
Ayrıca xidmətlər və təkliflər
Vəzifə təlimatları, HR audit, işdən çıxma haqq-hesabı, ixtisarın müşayiəti, xarici işçi üçün iş icazəsi, namizəd axtarışı, təlimlər və s. Paket müştərilərinə ayrıca xidmətlər endirimlə.
HR yoxlaması
30 dəqiqə, 10 sənədə qədər: riskləri və uyğun paketi göstəririk.
HR qaynar xətt
Öz HR işçisi və ya mühasibi olanlar üçün aylıq məsləhət və sənəd yoxlaması.
Yeni şirkət paketi
Ştat cədvəli, daxili qaydalar, vəzifə təlimatları, ilk işçilərin ƏMAS qeydiyyatı.
Mühasibat və vergi paketləri
Paket vergi rejiminə və əməliyyatların həcminə görə seçilir. Bütün bəyannamələr paketə daxildir.
Baza
Sadələşdirilmiş vergi və ƏDV ödəməyən kiçik biznes
- Sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisi bəyannamələri
- E-qaimələr, bank və kassa uçotu
- 200 000 AZN həddinə və rejimə nəzarət
- Sadə əməkhaqqı hesablaması və vahid bəyannamə
- Vergi kabinetinin izlənməsi, bildirişlərə cavab
Standart
ƏDV ödəyiciləri və orta həcmli mənfəət vergisi ödəyiciləri
- Paket 1-in hamısı
- Tam mühasibat uçotu 1C-də
- ƏDV, ƏQF və ƏDV depozit hesabı
- Mənfəət, əmlak, torpaq vergisi, ödəmə mənbəyində vergi
- İllik maliyyə hesabatları, rüblük xülasə
Premium
İdxal-ixrac, filiallar, böyük həcm
- Paket 2-nin hamısı
- Gömrük, idxalda ƏDV, valyuta əməliyyatları
- Filiallar, maya dəyəri, MHBS hesabatları
- Aylıq idarəetmə hesabatları: mənfəət, pul axını, büdcə
- Audit, bank və investor üçün hazırlıq
Vergi məsləhəti və müdafiə
Bir dəfəlik vergi xidmətləri 3 səviyyədə: standart əməliyyatlar (VÖEN, ƏDV qeydiyyatı, bildirişlərə cavab), məsləhət və risk (yazılı rəy, rejim seçimi, risk yoxlaması), mürəkkəb işlər (səyyar yoxlama, akta etiraz, şikayət, vergi planlaşdırması). Fiziki şəxslər üçün: mənzil satışı, kirayə gəliri, illik bəyannamə, xaricdən gəlir.
Bildiriş təhlili
Vergidən məktub aldınız? 15 dəqiqədə nə etməli olduğunuzu deyirik.
Vergi məsləhətçisi
Öz mühasibi olanlar üçün aylıq məsləhət və bəyannamələrin yoxlanması.
Fəaliyyətsiz şirkət
Sıfır bəyannamələr və vergi kabinetinin izlənməsi.
Qiymətinizi iş günü ərzində göndəririk
Bir neçə sualı cavablandırın, paketi və qiyməti sizin vəziyyətinizə görə hesablayaq.