070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Muzdlu iş üzrə uçot faylı 2026

Tabel, əməkhaqqı, vergi və sığorta haqları və vahid bəyannamə – bir Excel faylında. 29 ₼, birdəfəlik ödəniş.

Nə edir

Mühasibin rüblük bəyannamə işini saatlarla qısaldır

Tabel – 12 ay, 200 işçi

Rəsmi 2026 istehsalat təqvimi, gündəlik və cəmlənmiş uçot, Əmək Məcəlləsi üzrə avtomatik yoxlamalar (ƏM 89–108, 242, 254).

Əməkhaqqı cədvəli

Maaş iş günlərinə görə avtomatik hesablanır. Gəlir vergisi, MDSS, işsizlik və tibbi sığorta – 2026 dərəcələri ilə, özəl və dövlət sektoru üçün.

33 ödəniş növü

Maddi yardım, hədiyyə, kompensasiya, müavinətlər: VM 102 güzəştləri, illik limitlər (2 500 / 10 000 / 50 000 ₼) və sığorta istisnaları avtomatik tətbiq olunur.

Bəyannamə bazası

Əlavə 1 (Hissə 1, 2, 3) və Əlavə 4 (Bölmə 2–5) üçün bütün rəqəmlər: hesablanmış gəlir, azad məbləğlər, işləmədiyi günlər və səbəbləri.

Pulsuz çevirici

Rüb sonunda faylı saytdakı çeviriciyə yükləyirsiniz – portala yüklənən Excel formaları verginin rəsmi şablonlarında hazırlanır.

Səhvlərə qarşı yoxlama

İş günlərinin normaya uyğunluğu, FİN, güzəşt limitləri, təkrar Tabel № və cəmlərin tutuşdurulması – portala göndərməzdən əvvəl.

Faylın içi

Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.

Əməkhaqqı cədvəli – Muzdlu-is-ucot-fayli-2026
Əməkhaqqı cədvəli: maaş tabeldən avtomatik, gəlir vergisi, DSMF, işsizlik və tibbi sığorta, ödəniləcək məbləğ və işəgötürənin haqları.
Tabel – Muzdlu-is-ucot-fayli-2026
Tabel: bayram və qısaldılmış günlər avtomatik, məzuniyyət (M) və xəstəlik (X) kodları, işlənmiş saatlar.
29 ₼
birdəfəlik · 1 VÖEN · 2026-cı il versiyası
Açılış qiyməti 31.12.2026-dək · 1 yanvar 2027-dən 99 ₼
Mühasib lisenziyası – 10 VÖEN-ə qədər: 89 ₼ · 2027-dən 299 ₼
  • İl ərzində qanun və forma yeniləmələri pulsuz
  • Pulsuz bəyannamə çeviricisi
  • 200 işçiyədək
  • Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Faylı əldə edin

Necə işləyir

  1. Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
  2. Uçotu aparırsınız – işçilər, tabel, aylıq əməkhaqqı; nadir ödənişlər "Digər ödənişlər" jurnalına yazılır. Vergilər və bəyannamə bazası avtomatik hesablanır.
  3. Rüb sonunda faylı bəyannamə çeviricisinə yükləyirsiniz – Əlavə 1 və Əlavə 4 formaları rəsmi şablonlarda hazırlanır.
  4. Portala yükləyirsiniz – hər faylı öz bölməsinə, istənilən ardıcıllıqla.
Ön sifariş

Onlayn ödəniş tezliklə açılır

Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.

Tez-tez verilən suallar

Ödəniş birdəfəlikdir?
Bəli. 29 ₼ bir dəfə ödənilir, abunə və avtomatik ödəniş yoxdur. Fayl və lisenziya müddətsizdir.

Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kodu faylın "Parametrlər" vərəqinə yazırsınız; çevirici yalnız həmin VÖEN üçün bəyannamə hazırlayır. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.

Qanun və ya forma dəyişsə?
Həmin il ərzində qanunvericilik və ya vergi formaları dəyişərsə, yenilənmiş fayl kabinetinizdə pulsuz yerləşdirilir. 2027-ci ilin versiyası ayrıca məhsul olacaq.

İşçilərin məlumatları harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Çevirici faylı brauzerinizin içində işləyir – fayl bizim serverə göndərilmir. Lisenziya yoxlaması üçün yalnız VÖEN, kod və il göndərilir.

Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.

Hansı formalar hazırlanır?
Əlavə 1: Hissə 1 (muzdlu iş), məzuniyyət kompensasiyası, Hissə 3 (işləmədiyi günlər); Əlavə 4: Bölmə 2 (gəlir vergisi güzəştləri), Bölmə 3 (MDSS), Bölmə 4 (işsizlik sığortası), Bölmə 5 (tibbi sığorta). Qeyri-muzdlu iş və xarici əməkdaşlar formaları növbəti yeniləmədə əlavə olunacaq.

Şirkət hesabından ödəmək olarmı?
Bəli, şirkət kartı ilə. Hesab-faktura lazımdırsa, info@meridiantax.az ünvanına yazın.

Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.

Satıcı haqqında məlumat

Satıcı:
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00

Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.