Torpaq vergisi kalkulyatoru 2026
Hüquqi və fiziki şəxslər üçün: Vergi Məcəlləsinin 206-cı maddəsinin dərəcələri, kənd təsərrüfatı torpaqları üzrə şərti ballar (NK-nın 230 nömrəli qərarı), il ərzində alınan və satılan sahələr, azadolmalar, güzəştlər və ödəniş tarixləri.
meridiantax.az · info@meridiantax.az · 070 598 13 33
Hər sahəni ayrıca əlavə edin: dərəcə sahənin növündən və yerləşdiyi yerdən asılıdır. Kənd təsərrüfatı torpaqları hektarla, qalanları kvadratmetrlə yazılır.
Azadolma və güzəştlər (VM 207)
Azadolma və 75% güzəşt yuxarıdakı bütün sahələrə tətbiq olunur — yalnız həmin sahələri daxil edin.
Torpaq, əmlak və mədən vergisi bəyannamələrini bizə həvalə edin.
WhatsApp-a yazınNəticəni poçtunuza göndəririk. İstəsəniz, bəyannamə tarixlərini də xatırladaq.
Hesablama məlumat xarakterlidir və hüquqi məsləhət deyil. Əsas: Vergi Məcəlləsi, maddə 205–208 (2026 redaksiyası), Nazirlər Kabinetinin 29.12.2000 tarixli 230 nömrəli qərarı, DVX-nin 2026 bukletləri ("Dövlət büdcəsinə ödənilən torpaq vergisi", "Yerli (bələdiyyə) vergiləri"). Son yoxlama: 01.11.2026.
2026-cı il üzrə torpaq vergisinin dərəcələri
Qeyri-kənd təsərrüfatı torpaqları — hər 100 m² üçün, manatla (VM 206.3). 10 000 m²-dən yuxarı dərəcə yalnız artıq hissəyə tətbiq olunur.
| Yerləşdiyi yer | Sənaye, tikinti, nəqliyyat, ticarət və digər: 10 000 m²-dək / yuxarı | Yaşayış fondu, həyətyanı, bağ: 10 000 m²-dək / yuxarı |
|---|---|---|
| Bakı şəhəri, qəsəbə və kəndləri | 10 / 20 | 0,6 / 1,2 |
| Gəncə, Sumqayıt, Xırdalan, Abşeron rayonunun qəsəbə və kəndləri | 8 / 16 | 0,5 / 1 |
| Digər şəhərlər və rayon mərkəzləri | 4 / 8 | 0,3 / 0,6 |
| Rayon tabeliyində şəhər, qəsəbə və kəndlər | 2 / 4 | 0,1 / 0,2 |
Kənd təsərrüfatı torpaqları: təyinatı üzrə istifadə olunanlar üçün 1 şərti bal = 0,06 ₼ (VM 206.1-1); şərti ballar kadastr qiymət rayonu və keyfiyyət qrupu üzrə NK-nın 230 nömrəli qərarı ilə müəyyən edilir, biçənək və otlaqlar üçün I qrupun 1/10-i. Təyinatı üzrə istifadə olunmayanlar üçün hər 100 m² üçün 2 ₼ (VM 206.1).
Torpaq vergisinin hesablanma və ödənilmə qaydası
- Ödəyicilər: mülkiyyətində və ya istifadəsində (icarə daxil) torpaq olan hüquqi şəxslər; fiziki şəxslər — yerli vergi kimi bələdiyyəyə, təyinatı üzrə istifadə olunmayan k/t torpaqları üzrə isə dövlət büdcəsinə.
- Vergi illikdir və sahənin ölçüsünə görə, təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq hesablanır.
- İl ərzində alınan və ya satılan torpaq: vergi hüququn keçdiyi aydan sonrakı aydan başlayaraq aylara mütənasib hesablanır (VM 208.5.2).
- Ümumi torpaqda bir neçə binası olanlar vergini binaların sahəsinə mütənasib ödəyir.
- Hüquqi şəxslər: bəyannamə növbəti ilin 31 yanvarınadək; cari ödənişlər 15 avqust və 15 noyabradək, hər biri ötən ilin vergisinin yarısı (VM 208.5.1). Torpaq vergisi gəlirdən məhdudiyyətsiz çıxılır.
- Fiziki şəxslər: vergini bələdiyyə 1 iyuladək hesablayır və 1 avqustadək bildiriş göndərir; ödəniş bərabər hissələrlə 15 avqust və 15 noyabradək (VM 208.3, 208.5).
- Güzəştlər: qəhrəmanlar, müharibə əlilləri, veteranlar, şəhid ailələri və digər kateqoriyalar üçün vergi 10 ₼ azaldılır (VM 207.2); geoloji kəşfiyyat torpağı üçün 75% azaldılma. Azadolmalar — VM 207-də sadalanan hallar və müddətlər.
Tez-tez verilən suallar
Bakıda 1 000 m² ticarət obyekti olan torpağa vergi nə qədərdir?
Bakıda qeyri-kənd təsərrüfatı təyinatlı torpaq üçün 10 000 m²-dək hər 100 m²-yə 10 manat: 1 000 ÷ 100 × 10 = 100 manat ildə (VM 206.3).
10 000 m²-dən böyük sahədə dərəcə necə tətbiq olunur?
Artan dərəcə yalnız 10 000 m²-dən yuxarı hissəyə tətbiq olunur. Məsələn, Bakıda 10 500 m² bağ sahəsi: 10 000 m² × 0,6 ₼ + 500 m² × 1,2 ₼ (hər 100 m² üçün) = 60 + 6 = 66 manat.
Kənd təsərrüfatı torpağına vergi necə hesablanır?
Sahə (hektar) × 1 hektarın şərti balı × 0,06 manat. Şərti bal kadastr qiymət rayonu və torpağın keyfiyyət qrupuna görə NK-nın 230 nömrəli qərarından götürülür. Məsələn, Şəki–Zaqatala rayonunda II qrup 3 ha: 3 × 150 × 0,06 = 27 manat. Biçənək və otlaqlar üçün bal I qrupun 1/10-idir.
Torpaq il ərzində alınıbsa, vergi necə hesablanır?
Hüququn yarandığı aydan sonrakı aydan başlayaraq ilin sonunadək olan aylara görə. Məsələn, iyunda alınan torpaq üçün 6 ay (iyul–dekabr): illik vergi × 6 ÷ 12. Satılan torpaq üçün isə satış ayınadək olan aylara görə.
Hüquqi şəxslər torpaq vergisini nə vaxt ödəyir?
Cari ödənişlər 15 avqust və 15 noyabradək, hər biri ötən ilin vergisinin yarısı qədər. Yeni ödəyicilər cari il vergisinin 50%-ni ödəyir. İllik bəyannamə növbəti ilin 31 yanvarınadək təqdim edilir, fərq bəyannamə üzrə ödənilir və ya qaytarılır.
Kimlər torpaq vergisindən azaddır?
VM 207-də sadalanan hallar: investisiya təşviqi sənədi (7 il), KOB klaster şirkətləri (7 il), sənaye və texnologiyalar parkları, işğaldan azad edilmiş ərazilərin rezidentləri (01.01.2023-dən 10 il), Naxçıvan MR-in rezidentləri (01.01.2026-dan 10 il), DÖT və bərpa olunan enerji layihələri və s. Fiziki şəxslərin bəzi kateqoriyaları üçün vergi 10 manat azaldılır.
Torpaq və əmlak vergilərini bizə həvalə edin
Bəyannamələr, cari ödənişlər, güzəştlərin rəsmiləşdirilməsi və uçot: hamısını biz aparaq.