Məzuniyyət haqqı kalkulyatoru 2026
Əmək Məcəlləsinin 140, 111 və 114.6-cı maddələrinə görə: bayram günləri avtomatik çıxılır, sonuncu əmək haqqı ilə müqayisə aparılır, vergilər tutulduqdan sonra əlinə çatan məbləğ göstərilir.
meridiantax.az · info@meridiantax.az · 070 598 13 33
Bayram günləri daxil edilmədən: əsas məzuniyyət azı 21 gün
Əmək müqaviləsində göstərilən tam aylıq məbləğ (ƏM 111.1)
Hər aya nəzərə alınan ödənişləri yazın: tarif maaşı, müntəzəm mükafatlar, xəstəlik vərəqəsi müavinəti. Birdəfəlik mükafat, maddi yardım, ezamiyyə daxil edilmir.
Vergi parametrləri
Həmin ayda işlənmiş günlərin maaşı: vergi ümumi gəlirdən hesablanır
Məzuniyyət, xəstəlik vərəqəsi və kadr uçotunu bizə həvalə edin.
WhatsApp-a yazınBütün işçilər üçün eyni hesablama: aylar üzrə status, təshih əmsalı, bayram təqvimi və vergilər.
Nəticəni poçtunuza göndəririk. İstəsəniz, bəyannamə tarixlərini də xatırladaq.
Hesablama məlumat xarakterlidir. Bayram təqvimi: 2026 — Nazirlər Kabinetinin 362 nömrəli qərarı; 2027 — gözlənilən tarixlər. 5 günlük iş həftəsi üçün.
Məzuniyyət haqqının hesablanma qaydası
- Məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əmək haqqı toplanır və 12-yə bölünür (ƏM 140.1, 140.3). 12 aydan az işləyəndə faktiki tam aylar götürülür (140.2).
- Orta aylıq məbləğ 30,4-ə bölünür və məzuniyyət günlərinə vurulur — bu, A məbləğidir.
- Məzuniyyət sonuncu əmək haqqından az olmamalıdır (ƏM 111.1). Kalkulyator iki üsulla yoxlayır: işçi həmin günlərdə işləsəydi alacağı (B) və 30,4 əsasında (C). Ən böyüyü ödənilir.
- Məzuniyyətə düşən qeyri-iş bayram günləri, 20 yanvar və səsvermə günü ödənilmir, məzuniyyət onların sayı qədər uzadılır (ƏM 114.6).
- Məzuniyyət haqqı əmək haqqı kimi gəlir vergisinə və sığorta haqlarına cəlb olunur və başlanmasına ən geci 3 gün qalmış ödənilir (ƏM 140.5).
Tez-tez verilən suallar
Məzuniyyət haqqı necə hesablanır?
Son 12 təqvim ayının əmək haqqı 12-yə, sonra 30,4-ə bölünür və məzuniyyət günlərinə vurulur (ƏM 140.3). 2026-dan nəticə sonuncu əmək haqqından az olmamalıdır (ƏM 111.1).
Bayram günləri məzuniyyətə daxildirmi?
Xeyr. Məzuniyyətə düşən qeyri-iş bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günü sayılmır və ödənilmir, məzuniyyət onların sayı qədər uzadılır (ƏM 114.6). Məsələn, Novruz dövründə 21 günlük məzuniyyət 5 gün uzanır.
İşçi 12 aydan az işləyibsə nə edilir?
Orta əmək haqqı faktiki işlənmiş tam təqvim aylarına əsasən hesablanır (ƏM 140.2). Ayın ortasında işə qəbul olunubsa, həmin ay hesablamaya düşmür.
Hansı ödənişlər orta əmək haqqına daxil edilir?
Tarif maaşı, müntəzəm mükafatlar, əlavələr, iş vaxtından artıq işə görə ödəniş, xəstəlik vərəqəsi müavinəti. Birdəfəlik mükafatlar, maddi yardım, ezamiyyə və kompensasiyalar daxil edilmir (Nazirlər Kabinetinin 137 nömrəli qərarı).
Məzuniyyət haqqı nə vaxt ödənilməlidir?
Məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış. Əmək və ya kollektiv müqavilədə başqa müddət nəzərdə tutula bilər, amma növbəti əmək haqqı ödənişindən gec olmamaq şərtilə (ƏM 140.5).
Kadr uçotunu bizə həvalə edin
Məzuniyyət, xəstəlik vərəqəsi, işdən çıxma ödənişləri və bəyannamələr: hamısını biz hesablayaq.