İş vaxtının uçotu cədvəli (tabel) 2026
12 ay, 100 işçiyədək, Əmək Məcəlləsinə uyğun avtomatik norma və yoxlamalar – bir Excel faylında. 9 ₼, birdəfəlik ödəniş.
Tabeli əl ilə saymağa ehtiyac qalmır
ƏM 102: işəgötürən hər işçinin faktiki işlədiyi vaxtın dəqiq uçotunu aparmağa borcludur. Bu fayl həmin uçot üçün hazırlanıb.
Rəsmi 2026 istehsalat təqvimi; beş və altıgünlük iş həftəsi. Bayram, köçürülmüş istirahət və qısaldılmış günlər avtomatik nəzərə alınır (ƏM 105, 108).
Növbəli iş üçün cəmlənmiş uçot (ƏM 96): ay, rüb, yarım il və ya il üzrə dövr, dövr ərzində yığılmış fərq və iş vaxtından artıq saatlar.
Tam, qısaldılmış (ƏM 91–93) və natamam (ƏM 94) iş vaxtı; ay ərzində işə qəbul və işdən çıxma; üzrlü günlər normadan çıxılır.
Məzuniyyət, ödənişsiz və sosial məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət, digər üzrlü və üzrsüz səbəblər – vahid kodlarla.
İş vaxtından artıq iş və ƏM 100 həddi, 12 saatdan uzun növbə, hamilə qadınlar, kiçik uşaqlı valideynlər və yetkinlik yaşına çatmayanlar üçün qadağalar (ƏM 242, 254).
Hər işçi üzrə il ərzində işlənmiş gün və saatlar, iş vaxtından artıq, istirahət və bayram günlərində iş, gecə saatları, aylar üzrə norma.
Faylın içi
Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.


- 2027 rəsmi təqvimi təsdiq olunanda – yenilənmiş fayl pulsuz
- 100 işçiyədək
- Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
- Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Necə işləyir
- Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
- Parametrləri yazırsınız – il, iş həftəsi, müəssisə, VÖEN və lisenziya kodu.
- İşçiləri daxil edirsiniz – bir dəfə: iş vaxtı növü, uçot növü, işə qəbul tarixi.
- Hər ay işə çıxmama kodlarını və saatları qeyd edirsiniz – norma, fərq, iş vaxtından artıq və illik yekun avtomatik hesablanır.
Onlayn ödəniş tezliklə açılır
Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.
Faylı əldə edin – 9 ₼
Lisenziya bir VÖEN-ə, mühasib lisenziyası 10 VÖEN-ə qədər verilir. Ödənişdən dərhal sonra fayl və lisenziya kodu kabinetdə açılır və e-poçtunuza göndərilir.
Tez-tez verilən suallar
Ödəniş birdəfəlikdir?
9 ₼ bir dəfə ödənilir, abunə və avtomatik ödəniş yoxdur. Fayl və lisenziya müddətsizdir.
2027-ci il üçün işləyəcək?
Faylda 2026 və 2027-ci illər seçilir. 2027-ci il üzrə bayram köçürmələri hələ rəsmi təsdiq olunmayıb – Nazirlər Kabineti təsdiq edəndən sonra yenilənmiş fayl bütün alıcılara pulsuz göndəriləcək.
Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın "Parametrlər" vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.
Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız sarı xanalar doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Sarı xanalara yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.
Uçot faylından fərqi nədir?
Tabel yalnız iş vaxtının uçotudur. Muzdlu iş üzrə uçot faylı (29 ₼) eyni tabeli, üstəlik əməkhaqqı, vergi və sığorta haqlarının hesablanmasını, bəyannamə bazasını və pulsuz bəyannamə çeviricisini əhatə edir – 200 işçiyədək.
İşçilərin məlumatları harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.
Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.
Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.
Satıcı haqqında məlumat
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00
Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.