070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Məzuniyyət haqqının hesablanması 2026 – Excel faylı

Son 12 ayın orta əmək haqqı və sonuncu əmək haqqı ilə müqayisə, bayram günləri, vergilər və əlinə çatan məbləğ – bir Excel faylında. 5 ₼, birdəfəlik ödəniş.

Nə edir

Məzuniyyət haqqı Əmək Məcəlləsinə uyğun

Əmək Məcəlləsinin 111.1, 114.6 və 140-cı maddələri, Nazirlər Kabinetinin 137 nömrəli Qərarı və 2026-cı il vergi dərəcələri əsasında.

Üç üsul, ən böyüyü

12 aylıq orta əmək haqqı (ƏM 140) və sonuncu əmək haqqı ilə iki üsul (ƏM 111.1) – işçinin xeyrinə olan məbləğ seçilir.

Son 12 ay

Aylar başlama tarixindən avtomatik müəyyən edilir; 12 aydan az işləyənlər üçün yalnız tam aylar götürülür (ƏM 140.2).

Bayram günləri

2026–2027 bayram təqvimi: bayrama düşən günlər ödənilmir, məzuniyyət uzadılır (ƏM 114.6); işə çıxma günü göstərilir.

Xüsusi aylar

Sosial məzuniyyət və ödənişsiz aylar əvəz edilir, kütləvi maaş artımında təshih əmsalı tətbiq olunur (137 nömrəli Qərar).

Vergilər və əlinə çatan

Ödəniş ayının digər gəliri ilə birlikdə gəlir vergisi, DSMF, işsizlik və tibbi sığorta; məzuniyyət haqqından əlinə çatan.

Ödəniş müddəti

Məzuniyyət haqqının ən gec ödənilməli olduğu tarix (ƏM 140.5) və işəgötürənin ümumi xərci.

Faylın içi

Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.

Hesablama – Mezuniyyet-haqqi-hesablanmasi-2026
Hesablama: son 12 ay avtomatik müəyyən edilir, orta əmək haqqı sonuncu əmək haqqı ilə iki üsulla müqayisə olunur (ƏM 140, 111.1).
Nəticə – Mezuniyyet-haqqi-hesablanmasi-2026
Nəticə: məzuniyyət haqqı, ödəniş müddəti, ödəniş ayının digər gəliri ilə birlikdə tutulmalar və əlinə çatan məbləğ.
5 ₼
birdəfəlik · 1 VÖEN · 2026-cı il versiyası
Açılış qiyməti 31.12.2026-dək · 1 yanvar 2027-dən 19 ₼
Mühasib lisenziyası – 10 VÖEN-ə qədər: 15 ₼ · 2027-dən 59 ₼
  • Bayram təqvimi 2026–2027
  • 2026-cı il ərzində dərəcələr dəyişərsə – yenilənmiş fayl pulsuz
  • Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
  • Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Faylı əldə edin
Bütün işçilərin əmək haqqı və məzuniyyəti bir faylda?Uçot faylında tabel, əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, vergi və sığorta haqları, bəyannamə bazası – 200 işçiyədək.
Uçot faylı – 29 ₼

Bir hesablama lazımdırsa, məzuniyyət haqqı kalkulyatoru onlayn və pulsuzdur. Excel faylı bütün hesablamaları bir yerdə aparmaq, saxlamaq və çap etmək üçündür.

Necə işləyir

  1. Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
  2. "Təlimat" vərəqində VÖEN-i və lisenziya kodunu yazırsınız.
  3. "Hesablama" vərəqində məzuniyyətin tarixini, gün sayını, müqavilə üzrə əmək haqqını və son 12 ayın ödənişlərini yazırsınız.
  4. Nəticə – məzuniyyət haqqı, işə çıxma günü, ödəniş müddəti, tutulmalar və əlinə çatan avtomatik hesablanır. Hər işçi üçün faylın surətini saxlayın.
Ön sifariş

Onlayn ödəniş tezliklə açılır

Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.

Tez-tez verilən suallar

Onlayn kalkulyatordan fərqi nədir?
Onlayn kalkulyator tez hesablama üçündür və pulsuzdur. Excel faylında hər ay üzrə status, əvəz edilən aylar, təshih əmsalı, bayram təqvimi və vergilər ətraflı göstərilir; hesablamanı saxlamaq və çap etmək olur.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanı hesablayır?
Bəli, eyni qayda ilə (ƏM 140.4): gün sayı yerinə kompensasiya ediləcək günləri yazın.

Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın birinci vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.

Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız giriş xanaları doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Giriş xanalarına yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.

Dərəcələr dəyişsə nə olacaq?
2026-cı il ərzində vergi və ya sığorta dərəcələri dəyişərsə, yenilənmiş fayl kabinetdə pulsuz yerləşdirilir və e-poçtla xəbər verilir.

Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.

Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.

Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.

Satıcı haqqında məlumat

Satıcı:
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00

Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.