Bəyannamə çeviricisi
Uçot faylını yükləyin – muzdlu iş üzrə vahid bəyannamənin Əlavə 1 və Əlavə 4 formaları portal üçün hazır Excel fayllarına çevrilsin. Pulsuz, fayl kompüterinizdən çıxmır.
Uçot faylınız yoxdur?
Tabel, əməkhaqqı, vergi və sığorta haqları, bəyannamə bazası – bir Excel faylında, 200 işçiyədək. Muzdlu iş üzrə uçot faylı 2026 – 29 ₼, birdəfəlik ödəniş.
Tez-tez verilən suallar
Hansı fayl lazımdır?
Meridian-ın muzdlu iş üzrə uçot faylı (Excel). Çevirici həmin faylın strukturunu oxuyur; başqa Excel faylları qəbul olunmur.
Hansı formalar hazırlanır?
Əlavə 1: Hissə 1 (muzdlu iş), istifadə edilməmiş məzuniyyət kompensasiyası, Hissə 3 (işləmədiyi günlər). Əlavə 4: Bölmə 2 (gəlir vergisi güzəştləri), Bölmə 3 (MDSS), Bölmə 4 (işsizlik sığortası), Bölmə 5 (icbari tibbi sığorta). Hər biri verginin rəsmi Excel şablonunda hazırlanır.
Fayllar portala necə yüklənir?
Hər fayl e-taxes.gov.az-da bəyannamənin müvafiq əlavəsinə ayrıca yüklənir; ardıcıllığın fərqi yoxdur. Rübdə məlumatı olmayan formalar hazırlanmır.
Məlumatlarım təhlükəsizdirmi?
Fayl brauzerinizin içində işlənir və heç bir serverə göndərilmir. Lisenziya yoxlaması üçün yalnız VÖEN, lisenziya kodu və il göndərilir.
Xəbərdarlıq çıxırsa?
Xəbərdarlıqda işçi, ay və problem göstərilir (məsələn, iş günləri normaya bərabər deyil, FİN yoxdur). Uçot faylında düzəldin, Excel-də yadda saxlayın və faylı yenidən yükləyin.
Pulsuzdur?
Bəli, çevirici pulsuzdur. Lisenziya kodu uçot faylı ilə birlikdə verilir.
Çevirici hesablama aləti kimi təqdim olunur. Bəyannaməni göndərməzdən əvvəl rəqəmləri portalda görünən cəmlərlə tutuşdurun; bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.