E-qaimə XML hazırlayıcı
Qaiməni tanış Excel cədvəlində doldurun, burada yoxlayın və e-taxes.gov.az portalına yükləmək üçün hazır XML faylı alın. Məbləğlər, ƏDV və yekunlar avtomatik hesablanır.
Necə işləyir
Şablonu yükləyin
Qaimənin növünə uyğun Excel şablonunu aşağıdan götürün.
Doldurun
VÖEN-ləri, qeydi və malları yazın. Mal kodunu kod axtarışında tapın. «Yoxlama» sütunu boş qalmalıdır.
ZIP alın
Faylı aşağıya atın. Xəta yoxdursa, portala yükləmək üçün hazır ZIP faylını alın.
Excel şablonları
Hər şablonda 13 649 kodluq klassifikator var: kodu yazanda adı avtomatik görünür. Kodu adla tapmaq üçün mal kodları axtarışından istifadə edin.
Mal, iş və xidmət təqdimi
Ən çox istifadə olunan qaimə: satış, xidmət, iş.
Şablonu yükləyinEmala və ya saxlamaya vermə
Malın uçot dəyəri və emal/saxlama xidmətinin dəyəri ayrıca.
Şablonu yükləyinAgentdən alıcıya (subagentə)
Komitentin agentə yazdığı əsas qaimənin real seriya və nömrəsinə istinadla.
Şablonu yükləyinHansı şablon lazımdır?
Qaimənin növünü bilmirsinizsə və ya portal faylı qəbul etmirsə, yazın, kömək edək.
WhatsApp-a yazınFaylı yoxlayın və ZIP alın
Fayl serverə göndərilmir: oxunma, yoxlama, XML və ZIP-in hazırlanması tamamilə sizin brauzerinizdə aparılır.
Alət portalın XML sxemindəki qaydaları yoxlayır: VÖEN və mal kodunun 10 rəqəm olması, onluq rəqəmlərin sayı, cəmi qiymət = miqdar × qiymət, ƏDV = 18%, yekun cədvəlin sətirlərin cəminə bərabərliyi. Portal əlavə yoxlamalar apara bilər; ilk dəfə bir qaimə ilə sınayın. Alət məlumat xarakterlidir və hüquqi məsləhət deyil.
Tez-tez verilən suallar
Məlumatlarım sizə göndərilirmi?
Xeyr. Excel faylı yalnız sizin brauzerinizdə oxunur və XML orada yaradılır. Heç bir məlumat serverimizə göndərilmir.
Portal XML faylını qəbul etmir. Nə etməli?
Portalın göstərdiyi xəta mətnini və Excel faylını WhatsApp-a göndərin (070 598 13 33), səbəbini tapıb düzəldək.
Mal kodunun əvvəlindəki sıfır itir.
Mal kodu sütunu mətn formatındadır. Kodu başqa yerdən köçürürsünüzsə, «Dəyər kimi yapışdır» istifadə edin və ya kodun önünə apostrof (') qoyun.
Bir faylda neçə qaimə ola bilər?
Bir faylda bir qaimə, ən çox 500 sətir. Hər qaimə üçün şablonun yeni nüsxəsini istifadə edin.
Agent qaiməsi (QAIME_4) necə işləyir?
Bu qaimə komitentin agentə yazdığı əsas qaiməyə istinad edir. Şablonda həmin qaimənin real seriya və nömrəsini yazın, mallar da əsas qaimədəki mallar olmalıdır: portal malları əsas qaimədən götürür.
Excel 97-2003 (.xls) faylı ilə işləyirmi?
Xeyr, faylı «Excel Workbook (.xlsx)» formatında saxlayın. LibreOffice və Google Sheets-də də «.xlsx» kimi yükləyə bilərsiniz.
E-qaimələri biz hazırlayaq?
Mühasibat autsorsinqi ilə e-qaimələr, bəyannamələr və uçot bizdə olur.