070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

ÖMV bəyannaməsi çeviricisi

ÖMV bəyannaməsi faylını yükləyin – ödəmə mənbəyindən vergi bəyannaməsinin Əlavə 1 və Əlavə 2 formaları e-taxes-in rəsmi Excel şablonlarında hazırlansın. Pulsuz, fayl kompüterinizdən çıxmır.

ÖMV faylını buraya atın və ya seçinOMV-beyannamesi-2026.xlsx · fayl kompüterinizdən çıxmır

ÖMV faylınız yoxdur?

Ödənişlər reyestri, VM dərəcələri, 1600–1613 sətirləri və yoxlamalar – bir Excel faylında. ÖMV bəyannaməsi Excel faylı 2026 – 9 ₼, birdəfəlik ödəniş.

Tez-tez verilən suallar

Hansı fayl lazımdır?
Meridian-ın ÖMV bəyannaməsi Excel faylı. Çevirici həmin faylın strukturunu oxuyur; başqa Excel faylları qəbul olunmur.

Hansı formalar hazırlanır?
Əlavə 1 – rezidentlərə ödənişlər (hüquqi şəxs, fərdi sahibkar, vətəndaş); Əlavə 2 – qeyri-rezident fiziki şəxslər; Əlavə 2 – qeyri-rezident hüquqi şəxslər; güzəştli vergi tutulan ölkələrə ödənişlər (VM 125-1, 128). Rübdə məlumatı olmayan formalar hazırlanmır.

Fayllar portala necə yüklənir?
e-taxes.gov.az-da ödəmə mənbəyindən vergi bəyannaməsində hər faylı müvafiq əlavəyə ayrıca yükləyin. Fayllar vergi orqanının rəsmi şablonundadır: kodlar, ölkə adları və tarix formatları portalın tələb etdiyi kimidir.

Dərəcə və vergi sütunları niyə bəzi sətirlərdə boşdur?
Portal qaydasına görə dərəcə yalnız 1603.1.1, 1603.1.2, 1612.1.1, 1612.1.3, 1612.4, 1612.5, 1612.6 və 1612.9 sətirlərində yazılır; qalanlarında vergini portal özü hesablayır.

Məlumatlarım təhlükəsizdirmi?
Fayl brauzerinizin içində işlənir və heç bir serverə göndərilmir. Lisenziya yoxlaması üçün yalnız VÖEN, lisenziya kodu və il göndərilir.

Bəzi sətirlər əlavəyə düşmədi.
Faylın "Ödənişlər" vərəqində "Yoxlama" sütununda ✓ olmayan sətirlər əlavəyə düşmür – çevirici onları sətir nömrəsi və səbəbi ilə göstərir. Düzəldin, Excel-də yadda saxlayın və faylı yenidən yükləyin.

Çevirici hesablama aləti kimi təqdim olunur. Bəyannaməni göndərməzdən əvvəl rəqəmləri portalda görünən cəmlərlə tutuşdurun; bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.