070 598 13 33[email protected]B.e.–Cümə 09:00–18:00

Əməkhaqqı kalkulyatoru 2026

Hesablanmış əməkhaqqından əlinə çatan məbləği, əlinə çatandan hesablanmış məbləği və işəgötürənin ümumi xərcini 2026-cı il qanunvericiliyinə görə hesablayın: gəlir vergisi, sosial sığorta, işsizlikdən və icbari tibbi sığorta.

Bir neçə güzəşt hüququ varsa, məbləğcə ən böyüyü tətbiq olunur (VM 102.7). Himayə güzəşti (50 ₼) və 200 manat azadolma ona əlavə edilir. Güzəştlər sənədlə təsdiqlənməli və yalnız əsas iş yerində tətbiq olunur.

Əlavə: mükafat, natamam ay, işçi sayı
Nəticə · aylıq

Əməkhaqqı hesablanması, bəyannamələr və kadr uçotunu biz aparaq?

Mütəxəssisə yazın

Hesablama məlumat xarakterlidir və hüquqi məsləhət deyil. Əsas: Vergi Məcəlləsi (maddə 101.1, 101.1-1, 102), "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlar, 01.01.2026-dan qüvvədə olan redaksiyalar. Son yoxlama: 24.10.2026.

Dərəcələr

2026-cı il üzrə əməkhaqqı dərəcələri

Qeyri-neft-qaz özəl sektoru: gəlir vergisi

Aylıq vergi tutulan gəlir202620272028
2 500 ₼-dək3%5%7%
2 500 – 8 000 ₼75 ₼ + 10%125 ₼ + 10%175 ₼ + 10%
8 000 ₼-dan çox625 ₼ + 14%675 ₼ + 14%725 ₼ + 14%

Əsas iş yerində aylıq gəliri 2 500 manatadək olanların 200 manatı vergidən azaddır.

Qeyri-neft-qaz özəl sektoru: sığorta haqları

Ödənişİşçiİşəgötürən
Sosial sığorta (DSMF)200 ₼-dək 3%, artıq hissədən 10%200 ₼-dək 22%; 200–8 000 ₼ 15%; 8 000 ₼-dan çox 11%
İşsizlikdən sığorta0,5%0,5%
İcbari tibbi sığorta2 500 ₼-dək 2%, artıq hissədən 0,5%2 500 ₼-dək 2%, artıq hissədən 0,5%

Dövlət və neft-qaz sektoru

Ödənişİşçiİşəgötürən
Gəlir vergisi2 500 ₼-dək 14%; artıq hissə: 350 ₼ + 25%—
Sosial sığorta (DSMF)3%22%
İşsizlikdən sığorta0,5%0,5%
İcbari tibbi sığorta8 000 ₼-dək 2%, artıq hissədən 0,5%8 000 ₼-dək 2%, artıq hissədən 0,5%
Suallar

Tez-tez verilən suallar

2026-cı ildə özəl sektorda gəlir vergisi necə hesablanır?

Qeyri-neft-qaz sektorunun özəl bölməsində 2026-cı ildə aylıq gəlirin 2 500 manatadək hissəsinə 3%, 2 500–8 000 manat arası hissəyə 10%, 8 000 manatdan yuxarı hissəyə 14% tətbiq olunur. Dərəcə 2027-ci ildə 5%-ə, 2028-ci ildə 7%-ə qalxır (VM 101.1-1).

200 manatlıq azadolma nədir?

Əsas iş yerində aylıq gəliri 2 500 manatadək olan işçinin gəlirinin 200 manatı gəlir vergisindən azaddır (VM 102.1.6). Gəlir 2 500 manatdan çox olduqda bu azadolma tətbiq edilmir. Əsas iş yeri əmək kitabçasının saxlandığı yerdir.

1 500 manat əməkhaqqından əlinə nə qədər çatır?

Özəl sektorda 2026-cı ildə: gəlir vergisi 39 ₼, sosial sığorta 136 ₼, işsizlikdən sığorta 7,50 ₼, tibbi sığorta 30 ₼. Əlinə çatan 1 287,50 ₼, işəgötürənin ümumi xərci 1 776,50 ₼ olur.

Dövlət və neft-qaz sektorunda nə dəyişib?

Bu sektorlarda gəlir vergisi və sosial sığorta dərəcələri dəyişməyib: gəlir vergisi 2 500 manatadək 14%, yuxarı hissə 25%; sosial sığorta işçi 3%, işəgötürən 22%. Tibbi sığorta 8 000 manatadək 2%, yuxarı hissə 0,5%.

İcbari tibbi sığortada 2026-cı ildə nə dəyişdi?

Qeyri-neft-qaz özəl sektorunda 2 500 manatdan yuxarı hissəyə tibbi sığorta 2% əvəzinə 0,5% tətbiq olunur (işçi və işəgötürən üçün ayrıca).

Vergi güzəştləri birlikdə tətbiq olunurmu?

Şəhid ailəsi (800 ₼), müharibə veteranı (400 ₼), əlillik (200 ₼) və məcburi köçkün (100 ₼) kimi güzəştlərdən bir neçəsinə hüquq olduqda yalnız məbləğcə ən böyüyü tətbiq edilir (VM 102.7). Himayəsində azı 3 nəfər olanlara 50 ₼ güzəşt (VM 102.5) və 2 500 manatadək gəlirdə 200 ₼ azadolma (VM 102.1.6) buna əlavə olunur. Məsələn, özəl sektorda 1 500 ₼ maaşı olan müharibə veteranı üçün vergi tutulan gəlir 1 500 − 200 − 400 = 900 ₼, gəlir vergisi 27 ₼-dır.

Minimum əməkhaqqı nə qədərdir?

2026-cı ildə minimum aylıq əməkhaqqı 400 manatdır (01.01.2025-dən).

Əməkhaqqı və kadr uçotunu bizə həvalə edin

Hesablama, DSMF və vergi bəyannamələri, əmək müqavilələri: hamısı bir yerdə.

WhatsApp-a yazın