070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Pul qaytarma qaydası

Saytda satılan rəqəmsal məhsullar üzrə pul hansı hallarda və necə qaytarılır.

Bu qayda İstifadə şərtlərinin ayrılmaz hissəsidir və "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb.

Pul tam qaytarılır, əgər:

  • Meridian Qaimə proqramı şirkətinizdə işləmirsə (qaimələr yüklənmirsə) və ödənişdən sonra 7 gün ərzində müraciət etmisinizsə – proqramı yükləmiş olsanız belə. Qaytarmadan sonra lisenziya kodu ləğv olunur.
  • Faylı yükləməmisinizsə və ödənişdən sonra 7 iş günü ərzində müraciət etmisinizsə.
  • Eyni sifariş üçün təkrar və ya səhvən ödəniş tutulubsa.
  • Bizim tərəfdən yaranan səbəbə görə Fayl və ya lisenziya kodu ödənişdən sonra 3 iş günü ərzində təqdim edilməyibsə.
  • Faylda bizim tərəfdən yaranan və Faylın təyinat üzrə istifadəsinə mane olan xəta varsa və onu müraciətdən sonra 10 iş günü ərzində düzəldə bilməmişiksə.

Pul qaytarılmır, əgər:

  • Fayl yüklənibsə: ödənişdən əvvəl rəqəmsal məzmunun dərhal təqdim edilməsinə razılıq vermisiniz və bu halda qanunla imtina hüququ tətbiq olunmur (yuxarıdakı xəta halı istisna olmaqla).
  • 7 iş günü keçibsə.
  • Lisenziya İstifadə şərtlərinin pozulmasına görə (məsələn, Faylın və ya kodun başqasına verilməsi) ləğv edilibsə.

Faylda xəta aşkar etsəniz

info@meridiantax.az ünvanına yazın və xətanı təsvir edin. Xəta bizim tərəfdən yaranıbsa, düzəldilmiş versiyanı kabinetinizdə pulsuz yerləşdiririk.

Necə müraciət etmək olar

  1. Ödəniş etdiyiniz e-poçtdan info@meridiantax.az ünvanına yazın və sifariş nömrəsini göstərin.
  2. Müraciətinizə 1 iş günü ərzində cavab veririk.
  3. Qaytarma təsdiqlənərsə, pul müraciət tarixindən 7 gün ərzində Epoint vasitəsilə ödəniş etdiyiniz karta qaytarılır. Məbləğin hesabınızda görünmə müddəti bankınızdan asılıdır.

Pul yalnız ödənişin edildiyi karta qaytarılır, nağd qaytarılmır. Qaytarmadan sonra lisenziya kodu ləğv olunur və kabinetə giriş bağlanır.

Satıcı

Satıcı:
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00

Qüvvəyə minmə tarixi: 06.11.2026