070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Sadələşdirilmiş vergi hesablayıcısı 2026 – Excel faylı

Bütün müştəriləriniz üzrə rüblük sadələşdirilmiş vergi, 12 aylıq 200 000 manat həddi və e-qaimə 30% şərti – bir Excel faylında. 9 ₼, birdəfəlik ödəniş.

Nə edir

Sadələşdirilmiş vergi bütün növlər üzrə

Vergi Məcəlləsinin XVII fəsli (218–221-ci maddələr) əsasında, 2026-cı il redaksiyası. Mühasiblər və bir neçə müştəri ilə işləyən mütəxəssislər üçün.

Dövriyyədən vergi

Ümumi 2%; 200 000 manatdan çox dövriyyəli ictimai iaşə 8%, inteqrasiya olunmuş POS ilə nağdsız hissə 6% (VM 220.1, 220.1-1).

200 000 manat həddi

Sürüşən 12 ay üzrə dövriyyə, POS üçün 0,5 əmsalı, həddə yaxınlaşma və aşılma xəbərdarlığı.

E-qaimə 30% şərti

Ticarət və xidməti birlikdə aparanlar üçün rüb üzrə e-qaimə payı və rejimin itirilməsi riski.

Nəqliyyat

Sərnişin və yük daşımaları: sabit aylıq məbləğ × zona əmsalı (VM 220.5, 220.6).

Tikinti və torpaq

Bina tikintisi və təqdimi, torpaq satışı: m² üzrə məbləğ × zona əmsalları (VM 220.8).

Fərdi fəaliyyət və digər

Fərdi fəaliyyət, idman mərc və lotereya, nağd pul çıxarılması; bütün nəticələr "İcmal" vərəqində.

Faylın içi

Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.

İcmal – Sadelesdirilmis-vergi-hesablayicisi-2026
İcmal: bütün vərəqlərin yekunu, 12 aylıq dövriyyə və hədd üzrə vəziyyət bir yerdə.
Dövriyyə – Sadelesdirilmis-vergi-hesablayicisi-2026
Dövriyyə: müştərilər üzrə 2%, ictimai iaşə 8%/6%, kənd təsərrüfatı azadolması və mikro sahibkar endirimi avtomatik.
Monitor – Sadelesdirilmis-vergi-hesablayicisi-2026
Monitor: sürüşən 12 ay üzrə 200 000 manat həddi, POS üçün 0,5 əmsalı və hədd üzrə vəziyyət.
9 ₼
birdəfəlik · 1 VÖEN · 2026-cı il versiyası
Açılış qiyməti 31.12.2026-dək · 1 yanvar 2027-dən 39 ₼
Mühasib lisenziyası – 10 VÖEN-ə qədər: 29 ₼ · 2027-dən 119 ₼
  • Bir neçə müştəri bir faylda
  • 2026-cı il ərzində dərəcələr dəyişərsə – yenilənmiş fayl pulsuz
  • Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
  • Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Faylı əldə edin

Bir hesablama lazımdırsa, sadələşdirilmiş vergi kalkulyatoru onlayn və pulsuzdur. Excel faylı bütün hesablamaları bir yerdə aparmaq, saxlamaq və çap etmək üçündür.

Necə işləyir

  1. Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
  2. "Başlıq" vərəqində VÖEN-i və lisenziya kodunu yazırsınız.
  3. "İcmal" vərəqində hesabat dövrünün son gününü yazırsınız – müddətli güzəştlər bu tarixə görə tətbiq olunur.
  4. Fəaliyyətə uyğun vərəqi doldurursunuz – rüblük vergi və yekun icmal avtomatik hesablanır.
Ön sifariş

Onlayn ödəniş tezliklə açılır

Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.

Tez-tez verilən suallar

Onlayn kalkulyatordan fərqi nədir?
Onlayn kalkulyator bir hesablama üçündür və pulsuzdur. Excel faylı bir neçə müştərini, 12 aylıq hədd monitorunu və bütün vergi növlərini bir yerdə izləməyə imkan verir.

Sadələşdirilmiş vergini seçmək mütləqdirmi?
Xeyr, bu rejim könüllüdür (VM 218.1): şərtlərə cavab verən şəxs onu seçə və ya ümumi rejimdə qala bilər.

Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın birinci vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.

Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız giriş xanaları doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Giriş xanalarına yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.

Dərəcələr dəyişsə nə olacaq?
2026-cı il ərzində vergi və ya sığorta dərəcələri dəyişərsə, yenilənmiş fayl kabinetdə pulsuz yerləşdirilir və e-poçtla xəbər verilir.

Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.

Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.

Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.

Satıcı haqqında məlumat

Satıcı:
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00

Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.