Ezamiyyə xərcləri və avans hesabatı – Excel faylı
İl ərzindəki bütün ezamiyyələr bir jurnalda: norma, ödəniləcək məbləğ, gəlirdən çıxılan hissə və avansın qalığı – istənilən ezamiyyə üzrə imzaya hazır avans hesabatı ilə. 5 ₼, birdəfəlik ödəniş.
Hər ezamiyyədən sonra avans hesabatı bir kliklə
Nazirlər Kabinetinin 14 nömrəli Qərarı (04.04.2024 redaksiyası) və Vergi Məcəlləsinin 108.4-cü maddəsi əsasında.
Bakı 125, Naxçıvan 100, Gəncə və Sumqayıt 95, digər yerlər 90 ₼; 70% mehmanxana, 30% gündəlik xərc; gün və gecə tarixlərdən avtomatik.
124 ölkə və şəhər üzrə norma (USD, EUR, GBP, JPY), rəhbər kateqoriyası əlavəsi (+100%, +50%, +30%) və nümayəndəlik xərci, Mərkəzi Bankın məzənnəsi ilə.
Ezamiyyə xərci əvəzinə gündə 20 ₼ – avtomatik.
Mehmanxana sənədi olmadıqda yalnız 50%-i gəlirdən çıxılır (VM 108.4); normadan artıq ödənilən hissə işçinin gəliri kimi ayrıca göstərilir.
Verilmiş avansla müqayisə: işçi qalığı qaytarmalıdır, yoxsa artıq xərc ona ödənilməlidir – hər ezamiyyə üzrə xəbərdarlıqla.
Jurnaldan ezamiyyənin № -sini seçin – "Təsdiq edirəm", xərclər cədvəli, qalıq və imza yerləri ilə avans hesabatı hazırdır.
Faylın içi
Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.


- 200 ezamiyyəyədək – bir il
- Normalar dəyişərsə – yenilənmiş fayl pulsuz
- Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
- Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Necə işləyir
- Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
- "Parametrlər" vərəqində müəssisəni, rəhbəri, baş mühasibi, VÖEN-i və lisenziya kodunu yazırsınız.
- "Jurnal"da hər ezamiyyə üçün bir sətir doldurursunuz: işçi, yer, tarixlər, sənədlər, yol xərcləri və avans.
- "Avans hesabatı" vərəqində ezamiyyənin № -sini seçib çap edirsiniz.
Onlayn ödəniş tezliklə açılır
Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.
Faylı əldə edin – 5 ₼
Lisenziya bir VÖEN-ə, mühasib lisenziyası 10 VÖEN-ə qədər verilir. Ödənişdən dərhal sonra fayl və lisenziya kodu kabinetdə açılır və e-poçtunuza göndərilir.
Tez-tez verilən suallar
Onlayn kalkulyatordan fərqi nədir?
Onlayn ezamiyyə kalkulyatoru bir hesablama üçündür və pulsuzdur. Excel faylı il ərzindəki bütün ezamiyyələri bir jurnalda saxlayır, avansın qalığını izləyir və çapa hazır avans hesabatı verir.
Normadan artıq ödəmək olarmı?
Büdcə təşkilatları üçün normalar məcburidir. Digər təşkilatlar artıq ödəyə bilər, lakin artıq hissə işçinin muzdlu işdən gəliridir, vergiyə və sosial sığortaya cəlb olunur və gəlirdən çıxılmır – fayl bu məbləği ayrıca göstərir.
Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın birinci vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.
Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız giriş xanaları doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Giriş xanalarına yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.
Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.
Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.
Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.
Satıcı haqqında məlumat
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00
Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.