Əmək haqqı hesablanması 2026 – Excel faylı
100 işçiyədək aylıq əmək haqqı cədvəli: güzəştlər, vergi və sığorta haqları, net məbləğ və işəgötürənin xərci – bir Excel faylında. 5 ₼, birdəfəlik ödəniş.
Bütün işçilər üzrə aylıq hesablama bir cədvəldə
2026-cı il dərəcələri ilə: Vergi Məcəlləsi, "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında" Qanunlar. Özəl (qeyri-neft-qaz) sektor üçün.
Hər işçi üçün bir sətir: ad, güzəşt, əsas iş yeri, bruto, iş günləri, əlavə gəlir və avans.
200 manat azadolma (VM 102.1.6) avtomatik; VM 102.2–102.5 güzəştləri siyahıdan seçilir, ən böyüyü qaydası nəzərə alınır (VM 102.7).
Gəlir vergisi pilləli şkala ilə, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta – işçi və işəgötürən payı ayrıca.
Faktiki işlənmiş günlərə görə əmək haqqı, əlavə gəlir (məzuniyyət, mükafat) və avansdan sonra qalıq ödəniş.
Hər işçi və cəmi üzrə: işəgötürənin DSMF, işsizlik və tibbi sığorta payı və ümumi əmək haqqı xərci.
Əmək haqqı fondu, xərc tərkibi və əməkdaşlar üzrə net maaş və ümumi xərc qrafikləri.
Faylın içi
Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.


- 100 işçiyədək
- 2026-cı il ərzində dərəcələr dəyişərsə – yenilənmiş fayl pulsuz
- Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
- Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Bir hesablama lazımdırsa, əmək haqqı kalkulyatoru onlayn və pulsuzdur. Excel faylı bütün hesablamaları bir yerdə aparmaq, saxlamaq və çap etmək üçündür.
Necə işləyir
- Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
- "Təlimat" vərəqində VÖEN-i və lisenziya kodunu yazırsınız.
- "Hesablama" vərəqində mavi xanaları doldurursunuz – vergi, sığorta, net məbləğ və işəgötürənin xərci avtomatik hesablanır.
- Hər ay faylın ayrıca surətini saxlayırsınız – "Xülasə" vərəqi ayın yekununu göstərir.
Onlayn ödəniş tezliklə açılır
Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.
Faylı əldə edin – 5 ₼
Lisenziya bir VÖEN-ə, mühasib lisenziyası 10 VÖEN-ə qədər verilir. Ödənişdən dərhal sonra fayl və lisenziya kodu kabinetdə açılır və e-poçtunuza göndərilir.
Tez-tez verilən suallar
Onlayn kalkulyatordan fərqi nədir?
Onlayn kalkulyator bir işçi üçün tez hesablama verir və pulsuzdur. Excel faylı 100 işçiyədək bütün kollektivi bir cədvəldə hesablayır, saxlamağa və çap etməyə imkan verir.
Dövlət və neft-qaz sektoru üçün uyğundur?
Xeyr, fayl özəl (qeyri-neft-qaz) sektor üçündür. Digər sektorlar üçün onlayn kalkulyatordan istifadə edin.
Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın birinci vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.
Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız giriş xanaları doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Giriş xanalarına yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.
Dərəcələr dəyişsə nə olacaq?
2026-cı il ərzində vergi və ya sığorta dərəcələri dəyişərsə, yenilənmiş fayl kabinetdə pulsuz yerləşdirilir və e-poçtla xəbər verilir.
Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.
Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.
Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.
Satıcı haqqında məlumat
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00
Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.