Debitor borcları və üzləşmə aktı – Excel faylı
e-taxes-dan göndərilən e-qaimələrin çıxarışını yapışdırın – fayl hər müştərinin borcunu qaimə səviyyəsində izləyir, gecikmələri göstərir, üzləşmə aktını və ödəniş xatırlatmasını hazırlayır. 9 ₼, birdəfəlik ödəniş.
Kim, nə qədər və neçə gündür borcludur – bir baxışda
Ödənişlər ən köhnə borcdan başlayaraq avtomatik bağlanır; iddia müddəti (Mülki Məcəllə 373.2) və ƏDV (VM 166.1.3) xəbərdarlığı ilə.
Göndərilən e-qaimələrin çıxarışını yapışdırın: təsdiqlənmiş qaimələr götürülür, passiv, ləğv və avans qaimələri kənarda qalır, qaytarma borcu azaldır. Siyahıda olmayan alıcılar ayrıca göstərilir.
Ödəniş ən köhnə borcu bağlayır (FIFO) və ya konkret qaiməyə yazılır; avans, artıq ödəniş, qaytarma, endirim və ilin əvvəlinə qalıq nəzərə alınır.
Hər müştəri üzrə borc, avans, vaxtı keçmiş məbləğ və 7 interval; orta gecikmə və A/B/C reytinqi, kredit limiti və dəbbə.
Müştərini və dövrü seçin – əvvəlinə saldo, qaimələr, ödənişlər, son saldo və iki tərəfin imza yerləri ilə çapa hazır akt.
Vaxtı keçmiş qaimələr gecikməyə görə sıralanır, əlaqə məlumatları ilə; seçilən müştəri üçün ödəniş xatırlatması məktubunun mətni hazırdır.
Əsas göstəricilər, ən böyük 10 debitor, 8 həftəlik pul daxilolma proqnozu, aylıq satış, daxilolma və borc qrafikləri.
Faylın içi
Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.






- 300 müştəri · 1 500 e-qaimə · 2 500 ödəniş
- İddia müddəti və ƏDV xəbərdarlığı
- Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
- Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Necə işləyir
- Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
- "Parametrlər" və "Müştərilər" vərəqlərində müəssisəni, lisenziya kodunu, müştəriləri, ödəniş müddətlərini və limitləri yazırsınız.
- e-taxes-dan göndərilən e-qaimələrin Excel çıxarışını "e-taxes" vərəqinə yapışdırır, daxilolmaları "Ödənişlər"ə yazırsınız.
- Hesabatlar hazırdır: Reyestr, Yaşlanma, İcmal; "Üzləşmə aktı"nda müştərini seçib çap edirsiniz.
Onlayn ödəniş tezliklə açılır
Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.
Faylı əldə edin – 9 ₼
Lisenziya bir VÖEN-ə, mühasib lisenziyası 10 VÖEN-ə qədər verilir. Ödənişdən dərhal sonra fayl və lisenziya kodu kabinetdə açılır və e-poçtunuza göndərilir.
Tez-tez verilən suallar
e-taxes çıxarışı necə götürülür?
e-taxes.gov.az → Elektron qaimə-fakturalar → Göndərilənlər → lazım olan dövrü seçib Excel-ə çıxarış. Çıxarışın A:X sütunlarını kopyalayıb faylın "e-taxes" vərəqinə yapışdırırsınız – başlıq sətri avtomatik tapılır.
Hər ay köhnə çıxarışı silmək lazımdırmı?
Xeyr. Yeni çıxarışı əvvəlkinin altına yapışdırırsınız – hansı sətirdən yapışdırmaq lazım olduğunu fayl özü göstərir. Eyni qaimə təkrar gələrsə, ən yeni versiyası götürülür. Köhnə qaimələrdə sonradan edilən düzəliş, passiv və ləğvin nəzərə alınması üçün çıxarışı ilin əvvəlindən və ya ən azı son 3 ay üçün götürün.
Ödənişlər də avtomatik gəlirmi?
Xeyr. Bank çıxarışları fərqli formatda olur, ona görə daxilolmaları "Ödənişlər" vərəqinə özünüz yazırsınız (və ya bank çıxarışından kopyalayırsınız). Hər ödənişi ayrıca qaiməyə bağlamaq lazım deyil – fayl FIFO ilə özü bağlayır.
Avans qaimələri necə nəzərə alınır?
Avans e-qaiməsi borc yaratmır – alınmış avansın özünü "Ödənişlər"ə yazırsınız. Sonrakı satış qaiməsi gələndə avans onu avtomatik bağlayır.
İddia müddəti niyə göstərilir?
Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir (Mülki Məcəllə 373.2). ƏDV ödəyiciləri üçün ödənilməmiş debitor borc üzrə iddia müddətinin bitdiyi vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır (VM 166.1.3) – fayl buna 90 gün qalmış xəbərdarlıq edir.
Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın birinci vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.
Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız giriş xanaları doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Giriş xanalarına yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.
Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.
Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.
Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.
Satıcı haqqında məlumat
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00
Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.