070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Əsas vəsaitlər və amortizasiya 2026 – Excel faylı

300 aktivədək reyestr: vergi amortizasiyası Vergi Məcəlləsinə uyğun, təmir xərclərinin həddi, satış və ləğv, mənfəət vergisi bəyannaməsinin Əlavə 1-i və mühasibat amortizasiyası – bir Excel faylında. 9 ₼, birdəfəlik ödəniş.

Nə edir

Vergi və mühasibat amortizasiyası bir faylda

Vergi Məcəlləsinin 114, 115, 118 və 143-cü maddələri əsasında, 2026-cı il redaksiyası. Mənfəət vergisi bəyannaməsini hazırlayan mühasiblər üçün.

Azalan qalıq metodu

VM 114.3 normaları (7%, 20%, 25%) ilin sonuna qalıq dəyərə tətbiq olunur; il ərzində daxil olan, satılan və ləğv edilən aktivlər VM 114.6-ya uyğun nəzərə alınır.

Mikro və kiçik sahibkar

Statusu seçin – normalara avtomatik 2 və ya 1,5 əmsal tətbiq olunur (VM 114.3-2, 114.3-3). Aşağı norma da seçmək olar, növbəti illərə keçən fərq göstərilir (VM 114.4).

Satış, ləğv, 500 ₼ qaydası

Satış məbləği ilə qalıq arasındakı fərq gəlir və ya xərc kimi (VM 114.7, 114.9); qalığı 500 ₼-dan və ya 5%-dən az olan aktiv tam silinir (VM 114.8).

Təmir xərcləri

Kateqoriyalar üzrə hədd (2%, 3%, 5%, 8%), həddən artıq hissənin qalıq dəyərə əlavəsi və amortizasiyası, növbəti ilə keçən istifadə olunmamış hədd (VM 115).

Bəyannamə Əlavə 1

Mənfəət vergisi bəyannaməsinin Əlavə 1-i formatında 1.1–1.2-ci sətirlər: əvvəlinə, daxil olmuşdur, təqdim edilmiş, silinmiş, ləğv edilmiş, sonuna – avtomatik yoxlama ilə.

Mühasibat uçotu

Düz xətt metodu ilə aylıq amortizasiya, balans dəyəri və vergi amortizasiyası ilə fərq – təxirə salınmış vergi üçün məlumat.

Faylın içi

Nümunə məlumatlarla doldurulub (adlar uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.

Reyestr – Amortizasiya-hesablanmasi-2026
Reyestr: hər aktiv üzrə hesablama bazası, azalan qalıq metodu ilə amortizasiya, satış və ləğv, satışdan gəlir və növbəti ilə keçən qalıq (kiçik sahibkar, 1,5 əmsal).
Bəyannamə – Amortizasiya-hesablanmasi-2026
Bəyannamə: mənfəət vergisi bəyannaməsinin Əlavə 1-i formatında 1.1–1.2-ci sətirlər, avtomatik yoxlama və mənfəət vergisi üçün yekunlar.
Təmir – Amortizasiya-hesablanmasi-2026
Təmir: kateqoriyalar üzrə gəlirdən çıxılan hədd (VM 115.1), həddən artıq hissənin qalıq dəyərə əlavəsi və növbəti ilə keçən hədd.
Mühasibat – Amortizasiya-hesablanmasi-2026
Mühasibat: düz xətt metodu ilə aylıq amortizasiya, balans dəyəri və vergi uçotu ilə fərq.
9 ₼
birdəfəlik · 1 VÖEN · 2026-cı il versiyası
Açılış qiyməti 31.12.2026-dək · 1 yanvar 2027-dən 39 ₼
Mühasib lisenziyası – 10 VÖEN-ə qədər: 29 ₼ · 2027-dən 119 ₼
  • 300 aktivədək
  • 2026-cı il ərzində qanun dəyişərsə – yenilənmiş fayl pulsuz
  • Düsturlar qorunur – hesablamalar təsadüfən pozulmur
  • Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Faylı əldə edin

Necə işləyir

  1. Ödəyirsiniz – fayl və VÖEN-ə bağlı lisenziya kodu dərhal kabinetdə açılır və e-poçtunuza gəlir.
  2. "Parametrlər" vərəqində müəssisəni, sahibkarlıq statusunu, VÖEN-i və lisenziya kodunu yazırsınız.
  3. "Reyestr"də hər aktivin kateqoriyasını, ilkin dəyərini, ilin əvvəlinə vergi qalıq dəyərini, il ərzində daxil olmanı və satışı yazırsınız; "Təmir"də faktiki təmir xərclərini.
  4. "Bəyannamə" vərəqindəki rəqəmləri Əlavə 1-in eyni sətirlərinə köçürürsünüz. İlin sonuna qalıq növbəti ilin faylında açılış qalığı olur.
Ön sifariş

Onlayn ödəniş tezliklə açılır

Kartla ödəniş sistemi qoşulma mərhələsindədir. E-poçtunuzu yazın – ödəniş açılan gün sizə ilk xəbər verək.

Tez-tez verilən suallar

Hansı vergi ödəyiciləri üçündür?
Mənfəət vergisi və ya fərdi sahibkarlıqdan gəlir vergisi ödəyən, amortizasiyanı azalan qalıq metodu ilə hesablayan bütün vergi ödəyiciləri üçün. Üfüqi monitorinqdə olan vergi ödəyicilərinin düz xətt metodu (VM 114.11) faylda yoxdur.

Keçən illərin məlumatını necə daxil edim?
Hər aktiv üçün ilin əvvəlinə vergi qalıq dəyərini keçən ilin bəyannaməsindən (Əlavə 1, "Hesabat dövrünün sonuna") yazın. Faylda hesablanan "ilin sonuna qalıq" növbəti ilin açılış qalığı olur.

İl ərzində alınan aktivə tam illik norma tətbiq olunur?
Bəli. VM 114.4-ə görə norma ilin sonuna qalıq dəyərə tətbiq olunur, il ərzində daxil olan aktivlər isə həmin qalığa əlavə edilir (VM 114.6).

Mühasibat amortizasiyası necə hesablanır?
Düz xətt metodu ilə: (ilkin dəyər – ləğv dəyəri) / faydalı istifadə müddəti, aylıq; istismara verildiyi aydan sonrakı aydan başlayır. Vergi uçotu ilə fərq ayrıca göstərilir.

Lisenziya nəyə bağlıdır?
Alış zamanı yazdığınız bir VÖEN-ə. Kod e-poçtla və kabinetdə verilir, onu faylın birinci vərəqinə yazırsınız. Bir neçə müəssisəyə xidmət edirsinizsə, mühasib lisenziyası alın: bir fayl 10 VÖEN-ə qədər, VÖEN-ləri kabinetdən özünüz əlavə edirsiniz.

Düsturları təsadüfən silə bilərəm?
Xeyr. Yalnız giriş xanaları doldurulur; düsturlar və vərəqlərin quruluşu qorunur. Giriş xanalarına yazmaq, silmək, sütun enini dəyişmək və çap etmək mümkündür.

Dərəcələr dəyişsə nə olacaq?
2026-cı il ərzində vergi və ya sığorta dərəcələri dəyişərsə, yenilənmiş fayl kabinetdə pulsuz yerləşdirilir və e-poçtla xəbər verilir.

Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdəki Excel faylında. Fayl heç bir yerə məlumat göndərmir.

Hansı proqramda işləyir?
Microsoft Excel 2010 və sonrakı versiyalarda, həmçinin LibreOffice Calc-da. Makro yoxdur.

Pul qaytarılırmı?
Faylı yükləməmisinizsə, 7 iş günü ərzində tam qaytarılır. Ətraflı: Pul qaytarma qaydası.

Satıcı haqqında məlumat

Satıcı:
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00

Fayl ümumi məlumat və hesablama aləti kimi təqdim olunur, hüquqi məsləhət deyil. Bəyannamənin düzgünlüyünə görə məsuliyyəti vergi ödəyicisi daşıyır.