070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Meridian Qaimə – e-qaimələr və mal detalları Excel-ə bir düymə ilə

e-taxes-ə ASAN İmza ilə daxil olursunuz, dövrü seçirsiniz – proqram gələn və göndərilən bütün elektron qaimə-fakturaları və onların hər mal sətrini Excel-ə yığır. Saatlarla əl ilə köçürmə əvəzinə bir neçə dəqiqə. 1 il – 79 ₼.

Lisenziya alınNecə işləyir

Nə edir

e-taxes-dəki qaimələr – hazır Excel cədvəlində

Windows proqramı. e-taxes.gov.az portalını proqramın içində açır və qaimələri portalın öz siyahısından oxuyur.

Gələnlər və göndərilənlər

Alış (gələn) və satış (göndərilən) qaimələri ayrı-ayrılıqda və ya birlikdə – hər istiqamət üçün ayrıca Excel faylı. Dövr: bir gündən 13 aya qədər.

Mal detalları

Hər qaimənin hər sətri: məhsul kodu və qrupu, adı, ölçü vahidi, miqdar, qiymət, məbləğ, ƏDV-yə cəlb olunan, 0%, azad, aksiz, yol vergisi, barkod.

e-taxes-in sütunları ilə

"Qaimələr" vərəqi e-taxes çıxarışı ilə eyni sütunlardadır: VÖEN, ad, tip, vəziyyət, seriya, nömrə, növ, qeydlər, bütün məbləğlər, avans istinadları. Cəmlər portaldakı ilə üst-üstə düşür.

Yarımçıq fayl olmur

Hər qaimənin sətirləri başlıqdakı cəmlə yoxlanılır. Hansısa qaimə yüklənməsə, proqram yarımçıq Excel yaratmır və yenidən cəhd etməyi təklif edir – yüklənmişlər keşdən götürülür.

Status seçimi

Defolt olaraq yalnız təsdiqlənmiş qaimələr (həm "Təsdiqləndi", həm "Sistem tərəfindən təsdiqləndi"). İstəsəniz – bütün statuslar: təsdiq gözləyən, düzəliş, ləğv və s.

Məlumat sizdə qalır

ASAN İmza və giriş məlumatlarınız proqrama ötürülmür və saxlanılmır. Qaimələr yalnız sizin kompüterinizdə saxlanılır – bizim serverə heç bir qaimə göndərilmir.

Proqram və nəticə

Nümunə məlumatlarla (adlar və rəqəmlər uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.

Meridian Qaimə – idarəetmə paneli
İdarəetmə paneli: lisenziya, istiqamət, dövr, status – "Qaimələri yığ". Sonda hər istiqamət üzrə qaimə sayı, sətir sayı və cəmlər; "Excel-i aç".
Qaimələr vərəqi
"Qaimələr" vərəqi: e-taxes çıxarışının sütunları – VÖEN, ad, vəziyyət, tarix, seriya, nömrə və bütün məbləğlər. Sonda CƏMİ sətri.
Mal detalları vərəqi
"Mal detalları" vərəqi: hər qaimənin hər mal və xidmət sətri – kod, qrup, ad, vahid, miqdar, qiymət, məbləğ, ƏDV bölgüsü, aksiz, barkod. Filtr və pivot üçün hazır.
79 ₼
1 il · 1 VÖEN · bütün yeniləmələr daxil
Açılış qiyməti 31.01.2027-dək · sonra 149 ₼
Mühasib lisenziyası – 10 VÖEN-ə qədər, 1 il: 249 ₼ · sonra 449 ₼
  • Gələn və göndərilən qaimələr, mal detalları
  • e-taxes dəyişəndə yeniləmələr pulsuz
  • Proqram işləməsə – 7 gün ərzində pulun qaytarılması
  • Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Lisenziya alın

Necə işləyir

  1. Lisenziya alın – ödənişdən dərhal sonra lisenziya kodu (MQ-XXXX-XXXX-XXXX) və yükləmə linki e-poçtunuza gəlir.
  2. Proqramı yükləyin – Meridian-Qaime.zip (Windows 10/11, ~145 MB). Zip faylının üzərində sağ düymə → "Extract All / Hamısını çıxar". Çıxarılmış "Meridian Qaime" qovluğunu daimi yerə qoyun (məsələn, "Sənədlər").
  3. "Meridian Qaime.exe"-ni açın. Windows "Windows protected your PC" pəncərəsini göstərsə, "More info" → "Run anyway" basın. İlk açılışda Masaüstündə və Start menyusunda "Meridian Qaimə" qısayolu yaranır.
  4. Lisenziya kodunu yazın – solda "Lisenziya" bölməsində, bir dəfə.
  5. e-taxes-ə daxil olun – sağdakı pəncərədə adi qaydada, mobil ASAN İmza ilə; şirkəti seçin.
  6. Dövrü seçin və "Qaimələri yığ" basın. Proqram qaimələri və mal detallarını yığır, Excel "Sənədlər\Meridian Qaime" qovluğuna yazılır, "Excel-i aç" ilə açılır.

Proqram açılanda yeni versiya olub-olmadığını yoxlayır. Yeni versiya çıxanda solda "Yeni versiya" yazısı görünür – yükləyib köhnə qovluğun yerinə qoyursunuz; lisenziya itmir.

Onlayn ödəniş

Ödəniş səhifəsi yüklənir…

Ödəniş forması görünməsə, səhifəni yeniləyin və ya info@meridiantax.az ünvanına yazın – lisenziyanı əl ilə təqdim edək.

Tez-tez verilən suallar

Hansı kompüterdə işləyir?
Windows 10 və Windows 11 (64 bit). İnternet bağlantısı və e-taxes-ə giriş üçün mobil ASAN İmza lazımdır. Excel faylı Microsoft Excel 2010+ və LibreOffice-də açılır. macOS versiyası hələ yoxdur.

ASAN İmza və parolum təhlükəsizdirmi?
Daxilolma e-taxes-in öz səhifəsində, adi brauzerdəki kimi baş verir. Proqram ASAN İmza məlumatlarını görmür və heç yerə göndərmir. e-taxes sessiyası yalnız proqram açıq olduğu müddətdə yaddaşda qalır və proqram bağlananda silinir.

Qaimələrim sizin serverə göndərilirmi?
Xeyr. Qaimələr birbaşa e-taxes-dən sizin kompüterə yüklənir və yalnız orada saxlanılır. Lisenziya yoxlamasında meridiantax.az-a yalnız lisenziya kodu və şirkətin VÖEN-i göndərilir.

Windows niyə xəbərdarlıq göstərir?
"Windows protected your PC" pəncərəsi yeni yayılan proqramlarda çıxır. "More info" → "Run anyway" seçin. Proqramı yalnız bu səhifədəki rəsmi linkdən yükləyin.

e-taxes dəyişsə, proqram işləməyəcək?
Portal dəyişəndə proqramı yeniləyirik; lisenziya müddətində bütün yeniləmələr pulsuzdur. Bəzi düzəlişləri proqramı yenidən yükləmədən, uzaqdan tənzimləmə ilə edirik.

Mühasib lisenziyası necə işləyir?
Bir kod 10 VÖEN-ə qədər. e-taxes-də hansı şirkətə daxil olub qaimələri yığırsınızsa, o şirkətin VÖEN-i ilk yığımda lisenziyaya avtomatik əlavə olunur. Əlavə olunmuş VÖEN-ləri kabinetdə görürsünüz.

Müddət bitəndə nə olur?
Yeni yığım dayanır, əvvəl yüklədiyiniz Excel faylları sizdə qalır. Müddət bitməzdən əvvəl e-poçtla xatırladırıq.

Neçə qaiməni yükləyə bilir?
Məhdudiyyət yoxdur. Sürət portalın cavabından asılıdır: təxminən dəqiqədə 100–200 qaimə mal detalları ilə. Yüklənmiş qaimələr kompüterdə saxlanılır, eyni dövrü təkrar yığanda keşdən götürülür.

Pul qaytarılırmı?
Proqram şirkətinizdə işləməsə (qaimələr yüklənmirsə), ödənişdən sonra 7 gün ərzində info@meridiantax.az ünvanına yazın – pul tam qaytarılır və lisenziya ləğv edilir. Ətraflı: Pul qaytarma qaydası.

Satıcı haqqında məlumat

Satıcı:
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00

Meridian Qaimə müstəqil proqramdır, Dövlət Vergi Xidmətinin rəsmi məhsulu deyil. Proqram e-taxes.gov.az-da istifadəçinin öz hesabında, onun daxil olduğu sessiya ilə işləyir. Məlumatların düzgünlüyünə görə mənbə e-taxes portalıdır.