070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Xidmət kataloqu

HR, mühasibat və vergi üzrə üç səviyyəli paketlər. Qiymət şirkətinizin həcminə görə fərdi hesablanır: formu doldurun, təklifi iş günü ərzində göndərək.

İnsan resursları

HR paketləri

Hər paket özündən əvvəlkini tam əhatə edir. Bizim səhvimizdən yaranan cəriməni müqavilədəki həddə biz ödəyirik.

PDF kataloq
Paket 1

Baza

Fərdi qiymət

Kiçik müəssisə: yalnız qanuni minimum lazımdır

  • ƏMAS-da elektron əmək müqavilələri
  • İş vaxtının uçotu cədvəli (tabel)
  • İllik məzuniyyət cədvəli
  • Əməkhaqqı, vergi və sığorta haqlarının hesablanması
  • Məzuniyyət, xəstəlik və işdən çıxma ödənişləri
Qiymətimi öyrənim
Ən çox seçilən
Paket 2

Standart

Fərdi qiymət

Kadr sənədləri tam qaydasında olmalıdır

  • Paket 1-in hamısı
  • Ştat cədvəli, daxili intizam qaydaları, vəzifə təlimatları
  • Şəxsi işlər və bütün kadr əmrləri
  • Əməyin mühafizəsi sənədləri, tibbi müayinə qrafiki
  • DƏMX yoxlamasına hazırlıq, rüblük kadr hesabatı
Qiymətimi öyrənim
Paket 3

Premium

Fərdi qiymət

Filiallar, xarici işçilər, yoxlama və ya mübahisə riski

  • Paket 2-nin hamısı
  • HR audit, əməkhaqqı və mükafat siyasəti
  • Namizəd axtarışı, attestasiya, performans qiymətləndirməsi
  • Kollektiv müqavilə, xarici işçilər, ixtisar prosesləri
  • Əmək mübahisələrində və yoxlamalarda təmsilçilik
Qiymətimi öyrənim

Ayrıca xidmətlər və təkliflər

Vəzifə təlimatları, HR audit, işdən çıxma haqq-hesabı, ixtisarın müşayiəti, xarici işçi üçün iş icazəsi, namizəd axtarışı, təlimlər və s. Paket müştərilərinə ayrıca xidmətlər endirimlə.

Pulsuz

HR yoxlaması

30 dəqiqə, 10 sənədə qədər: riskləri və uyğun paketi göstəririk.

Abunə

HR qaynar xətt

Öz HR işçisi və ya mühasibi olanlar üçün aylıq məsləhət və sənəd yoxlaması.

Bir dəfəlik

Yeni şirkət paketi

Ştat cədvəli, daxili qaydalar, vəzifə təlimatları, ilk işçilərin ƏMAS qeydiyyatı.

Mühasibat və vergi

Mühasibat və vergi paketləri

Paket vergi rejiminə və əməliyyatların həcminə görə seçilir. Bütün bəyannamələr paketə daxildir.

PDF kataloq
Paket 1

Baza

Fərdi qiymət

Sadələşdirilmiş vergi və ƏDV ödəməyən kiçik biznes

  • Sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisi bəyannamələri
  • E-qaimələr, bank və kassa uçotu
  • 200 000 AZN həddinə və rejimə nəzarət
  • Sadə əməkhaqqı hesablaması və vahid bəyannamə
  • Vergi kabinetinin izlənməsi, bildirişlərə cavab
Qiymətimi öyrənim
Ən çox seçilən
Paket 2

Standart

Fərdi qiymət

ƏDV ödəyiciləri və orta həcmli mənfəət vergisi ödəyiciləri

  • Paket 1-in hamısı
  • Tam mühasibat uçotu 1C-də
  • ƏDV, ƏQF və ƏDV depozit hesabı
  • Mənfəət, əmlak, torpaq vergisi, ödəmə mənbəyində vergi
  • İllik maliyyə hesabatları, rüblük xülasə
Qiymətimi öyrənim
Paket 3

Premium

Fərdi qiymət

İdxal-ixrac, filiallar, böyük həcm

  • Paket 2-nin hamısı
  • Gömrük, idxalda ƏDV, valyuta əməliyyatları
  • Filiallar, maya dəyəri, MHBS hesabatları
  • Aylıq idarəetmə hesabatları: mənfəət, pul axını, büdcə
  • Audit, bank və investor üçün hazırlıq
Qiymətimi öyrənim

Vergi məsləhəti və müdafiə

Bir dəfəlik vergi xidmətləri 3 səviyyədə: standart əməliyyatlar (VÖEN, ƏDV qeydiyyatı, bildirişlərə cavab), məsləhət və risk (yazılı rəy, rejim seçimi, risk yoxlaması), mürəkkəb işlər (səyyar yoxlama, akta etiraz, şikayət, vergi planlaşdırması). Fiziki şəxslər üçün: mənzil satışı, kirayə gəliri, illik bəyannamə, xaricdən gəlir.

Pulsuz

Bildiriş təhlili

Vergidən məktub aldınız? 15 dəqiqədə nə etməli olduğunuzu deyirik.

Abunə

Vergi məsləhətçisi

Öz mühasibi olanlar üçün aylıq məsləhət və bəyannamələrin yoxlanması.

Aylıq

Fəaliyyətsiz şirkət

Sıfır bəyannamələr və vergi kabinetinin izlənməsi.

Zəmanətimiz

Səhvimizin məsuliyyətini biz daşıyırıq

Cəriməni biz ödəyirik

Bizim səhvimiz nəticəsində yaranan maliyyə sanksiyasını, faizi və dəbbə pulunu biz ödəyirik, səhvi isə ödənişsiz düzəldirik — müqavilədəki həddə, son 6 ayın xidmət haqqı məbləğində.

Sertifikatlı mütəxəssis

Təsisçi Araz Hüseynov Dövlət İmtahan Mərkəzinin Peşəkar Mühasib Sertifikatına sahibdir: PMS № 0002415, 17.01.2029-dək qüvvədədir.

Sertifikata baxın →

Pulsuz ilk yoxlama

30 dəqiqədə vergi kabinetinizə, bəyannamələrə və ya kadr sənədlərinə baxırıq: riskləri və uyğun paketi öhdəliksiz göstəririk.

Yoxlamaya yazılın →
Qiymətimi öyrənim

Qiymətinizi iş günü ərzində göndəririk

Bir neçə sualı cavablandırın, paketi və qiyməti sizin vəziyyətinizə görə hesablayaq.