Nə vaxt lazımdır
- Təsisçi şirkətin dövriyyəsini, avadanlıq alışını və ya maaşları maliyyələşdirir
- Vəsaitin sonradan qaytarılması planlaşdırılır
- Borcu sonradan nizamnamə kapitalına çevirmək ehtimalı var
Şablonda nə var
- Faizsiz və faizli variant, 10% ödəmə mənbəyində vergi (VM 123.1)
- Bank köçürməsi tələbi: verilmə və qaytarılma günü
- Vaxtından əvvəl qaytarma və tələb etmə halları (maddə 742)
- Borcun bağışlanması və kapitala yönəldilməsi
- Aidiyyəti şəxslə əqd: yığıncağın qərarı və auditor rəyi (maddə 49-1)
- Qərar, ödəniş qrafiki və üzləşmə aktı formaları
Nəyə diqqət etməli
- 10% və daha çox payı olan təsisçi aidiyyəti şəxsdir: müqavilə yığıncağın qərarı ilə bağlanır, borc aktivlərin 5%-indən çoxdursa, auditor rəyi tələb olunur.
- Təsisçi həm də direktordursa, müqaviləni şirkət adından özü imzalaya bilməz (maddə 359.3).
- Faizsiz borcun verilməsi və qaytarılması nağdsız olmalıdır; təsisçiyə borcu nağd qaytarmayın.
Nümunə məlumat xarakterlidir və hüquqi məsləhət deyil. Maddələr e-qanun.az-dakı hazırkı redaksiya ilə yoxlanılıb. Konkret əqd üçün mütəxəssislə məsləhətləşin.