070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00
AZ

Xidmət müqaviləsi nümunəsi (B2B)

Aylıq və ya birdəfəlik xidmətlər üçün: mühasibat, hüquq, məsləhət, IT, marketinq, təmizlik, texniki xidmət. Xidmətin məzmunu əlavədə yazılır.

Word (.docx) · 11 səhifə · qanun mətni ilə yoxlanılıb

Nə vaxt lazımdır

  • Şirkətə aylıq xidmət göstərirsiniz və ya alırsınız
  • Xidmətin həcmini, qəbul qaydasını və ödənişi dəqiq yazmaq lazımdır
  • Dövlət sanksiyalarına görə kimin cavabdeh olduğunu əvvəlcədən müəyyən etmək istəyirsiniz

Şablonda nə var

  • Xidmətlərin siyahısı, həcmi və dəyəri (Əlavə 1)
  • Aylıq təhvil-təslim aktı və «susma ilə qəbul» qaydası (maddə 770)
  • Çatışmazlıqların aradan qaldırılması, qarantiya, bir illik müddət
  • Dövlət orqanlarının sanksiyalarına görə məsuliyyət bölgüsü
  • Məsuliyyətin məhdudlaşdırılması, məxfilik, fərdi məlumatlar
  • İşçilərin cəlb edilməməsi (istəyə görə), xitam qaydası

Nəyə diqqət etməli

  • Mülki Məcəllədə ayrıca «xidmət müqaviləsi» fəsli yoxdur: müqavilə 390-cı maddə əsasında bağlanır, boşluqlara podrat qaydaları tətbiq olunur.
  • Hər ay həm akt, həm də e-qaimə rəsmiləşdirin: sifarişçi üçün xərcin əsası budur.
  • Vergi uçotunda olmayan fiziki şəxslə bu nümunəni istifadə etməyin: münasibət əmək münasibəti kimi tövsif oluna bilər.

Word faylını yükləyin

Nümunə məlumat xarakterlidir və hüquqi məsləhət deyil. Maddələr e-qanun.az-dakı hazırkı redaksiya ilə yoxlanılıb. Konkret əqd üçün mütəxəssislə məsləhətləşin.

Suallar

Tez-tez verilən suallar

Xidmət müqaviləsi hansı maddəyə əsasən bağlanır?

Müqavilə azadlığı prinsipinə əsasən (Mülki Məcəllə, maddə 390); tənzimlənməyən məsələlərə analogiya üzrə podrat müddəaları (752–776) tətbiq olunur.

Sifarişçi aktı imzalamırsa nə olur?

Müqavilədə göstərilən müddətdə əsaslandırılmış etiraz verilməzsə, xidmətlər qəbul edilmiş sayılır.

Sifarişçi müqaviləni vaxtından əvvəl ləğv edə bilərmi?

Bəli, istənilən vaxt; lakin göstərilmiş xidmətlərin haqqını və icraçının zərərini ödəməlidir (maddə 759).

Sualınız var? İlk konsultasiya pulsuzdur.

WhatsApp-a yazın, iş günü ərzində cavab veririk.

WhatsApp-a yazın