Meridian Qaimə – e-qaimələr və mal detalları Excel-ə bir düymə ilə
e-taxes-ə ASAN İmza ilə daxil olursunuz, dövrü seçirsiniz – proqram gələn və göndərilən bütün elektron qaimə-fakturaları və onların hər mal sətrini Excel-ə yığır. Saatlarla əl ilə köçürmə əvəzinə bir neçə dəqiqə. 1 il – 79 ₼.
e-taxes-dəki qaimələr – hazır Excel cədvəlində
Windows proqramı. e-taxes.gov.az portalını proqramın içində açır və qaimələri portalın öz siyahısından oxuyur.
Alış (gələn) və satış (göndərilən) qaimələri ayrı-ayrılıqda və ya birlikdə – hər istiqamət üçün ayrıca Excel faylı. Dövr: bir gündən 13 aya qədər.
Hər qaimənin hər sətri: məhsul kodu və qrupu, adı, ölçü vahidi, miqdar, qiymət, məbləğ, ƏDV-yə cəlb olunan, 0%, azad, aksiz, yol vergisi, barkod.
"Qaimələr" vərəqi e-taxes çıxarışı ilə eyni sütunlardadır: VÖEN, ad, tip, vəziyyət, seriya, nömrə, növ, qeydlər, bütün məbləğlər, avans istinadları. Cəmlər portaldakı ilə üst-üstə düşür.
Hər qaimənin sətirləri başlıqdakı cəmlə yoxlanılır. Hansısa qaimə yüklənməsə, proqram yarımçıq Excel yaratmır və yenidən cəhd etməyi təklif edir – yüklənmişlər keşdən götürülür.
Defolt olaraq yalnız təsdiqlənmiş qaimələr (həm "Təsdiqləndi", həm "Sistem tərəfindən təsdiqləndi"). İstəsəniz – bütün statuslar: təsdiq gözləyən, düzəliş, ləğv və s.
ASAN İmza və giriş məlumatlarınız proqrama ötürülmür və saxlanılmır. Qaimələr yalnız sizin kompüterinizdə saxlanılır – bizim serverə heç bir qaimə göndərilmir.
Proqram və nəticə
Nümunə məlumatlarla (adlar və rəqəmlər uydurmadır). Şəklə toxunun – böyük ölçüdə açılır.



- Gələn və göndərilən qaimələr, mal detalları
- e-taxes dəyişəndə yeniləmələr pulsuz
- Proqram işləməsə – 7 gün ərzində pulun qaytarılması
- Satıcı ƏDV ödəyicisi deyil – qiymət yekundur
Necə işləyir
- Lisenziya alın – ödənişdən dərhal sonra lisenziya kodu (MQ-XXXX-XXXX-XXXX) və yükləmə linki e-poçtunuza gəlir.
- Proqramı yükləyin – Meridian-Qaime.zip (Windows 10/11, ~145 MB). Zip faylının üzərində sağ düymə → "Extract All / Hamısını çıxar". Çıxarılmış "Meridian Qaime" qovluğunu daimi yerə qoyun (məsələn, "Sənədlər").
- "Meridian Qaime.exe"-ni açın. Windows "Windows protected your PC" pəncərəsini göstərsə, "More info" → "Run anyway" basın. İlk açılışda Masaüstündə və Start menyusunda "Meridian Qaimə" qısayolu yaranır.
- Lisenziya kodunu yazın – solda "Lisenziya" bölməsində, bir dəfə.
- e-taxes-ə daxil olun – sağdakı pəncərədə adi qaydada, mobil ASAN İmza ilə; şirkəti seçin.
- Dövrü seçin və "Qaimələri yığ" basın. Proqram qaimələri və mal detallarını yığır, Excel "Sənədlər\Meridian Qaime" qovluğuna yazılır, "Excel-i aç" ilə açılır.
Proqram açılanda yeni versiya olub-olmadığını yoxlayır. Yeni versiya çıxanda solda "Yeni versiya" yazısı görünür – yükləyib köhnə qovluğun yerinə qoyursunuz; lisenziya itmir.
Ödəniş səhifəsi yüklənir…
Ödəniş forması görünməsə, səhifəni yeniləyin və ya info@meridiantax.az ünvanına yazın – lisenziyanı əl ilə təqdim edək.
Lisenziya alın – 79 ₼
Lisenziya 1 il müddətinə verilir. 1 VÖEN lisenziyası alış zamanı yazdığınız VÖEN üçün işləyir. Mühasib lisenziyasında eyni kod 10 VÖEN-ə qədər işləyir – proqram yeni şirkəti ilk dəfə yığanda VÖEN avtomatik əlavə olunur. Kod və yükləmə linki ödənişdən dərhal sonra e-poçtunuza gəlir.
Tez-tez verilən suallar
Hansı kompüterdə işləyir?
Windows 10 və Windows 11 (64 bit). İnternet bağlantısı və e-taxes-ə giriş üçün mobil ASAN İmza lazımdır. Excel faylı Microsoft Excel 2010+ və LibreOffice-də açılır. macOS versiyası hələ yoxdur.
ASAN İmza və parolum təhlükəsizdirmi?
Daxilolma e-taxes-in öz səhifəsində, adi brauzerdəki kimi baş verir. Proqram ASAN İmza məlumatlarını görmür və heç yerə göndərmir. e-taxes sessiyası yalnız proqram açıq olduğu müddətdə yaddaşda qalır və proqram bağlananda silinir.
Qaimələrim sizin serverə göndərilirmi?
Xeyr. Qaimələr birbaşa e-taxes-dən sizin kompüterə yüklənir və yalnız orada saxlanılır. Lisenziya yoxlamasında meridiantax.az-a yalnız lisenziya kodu və şirkətin VÖEN-i göndərilir.
Windows niyə xəbərdarlıq göstərir?
"Windows protected your PC" pəncərəsi yeni yayılan proqramlarda çıxır. "More info" → "Run anyway" seçin. Proqramı yalnız bu səhifədəki rəsmi linkdən yükləyin.
e-taxes dəyişsə, proqram işləməyəcək?
Portal dəyişəndə proqramı yeniləyirik; lisenziya müddətində bütün yeniləmələr pulsuzdur. Bəzi düzəlişləri proqramı yenidən yükləmədən, uzaqdan tənzimləmə ilə edirik.
Mühasib lisenziyası necə işləyir?
Bir kod 10 VÖEN-ə qədər. e-taxes-də hansı şirkətə daxil olub qaimələri yığırsınızsa, o şirkətin VÖEN-i ilk yığımda lisenziyaya avtomatik əlavə olunur. Əlavə olunmuş VÖEN-ləri kabinetdə görürsünüz.
Müddət bitəndə nə olur?
Yeni yığım dayanır, əvvəl yüklədiyiniz Excel faylları sizdə qalır. Müddət bitməzdən əvvəl e-poçtla xatırladırıq.
Neçə qaiməni yükləyə bilir?
Məhdudiyyət yoxdur. Sürət portalın cavabından asılıdır: təxminən dəqiqədə 100–200 qaimə mal detalları ilə. Yüklənmiş qaimələr kompüterdə saxlanılır, eyni dövrü təkrar yığanda keşdən götürülür.
Pul qaytarılırmı?
Proqram şirkətinizdə işləməsə (qaimələr yüklənmirsə), ödənişdən sonra 7 gün ərzində info@meridiantax.az ünvanına yazın – pul tam qaytarılır və lisenziya ləğv edilir. Ətraflı: Pul qaytarma qaydası.
Satıcı haqqında məlumat
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00
Meridian Qaimə müstəqil proqramdır, Dövlət Vergi Xidmətinin rəsmi məhsulu deyil. Proqram e-taxes.gov.az-da istifadəçinin öz hesabında, onun daxil olduğu sessiya ilə işləyir. Məlumatların düzgünlüyünə görə mənbə e-taxes portalıdır.